“HÜRRİYYƏT QƏZETİNİN REDAKTORUNUN OĞLUNUN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏYİB

20 noyabr tarixində Şirvan Apellyasiya məhkəməsində İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən iclasda “Hüriyyət ” qəzetinin redaktoru Süleyman Məmmədlinin oğlu Altay Məmmədlinin Ağdam hərbi məhkəməsinin çıxardığı qərardan verdiyi  şikayəti təmin edilməyib.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna S.Məmmədli məlumat verib. O, bildirdi ki,  məhkəmə qapalı keçirilib. “İclasda mənim nə ata olaraq, nə də ki jurnalist kimi  iştirak etməyimə icazə vermədilər və  oğlum da iclasda iştirak etmirdi. Məhkəmə prosesində oğlum A. Məmmədlinin vəkilinin verdiyi vəsatətlər təmin edilmədi” – deyən S. Məmmədli onu da qeyd etdi ki,  Şirvan Apellyasiya məhkəməsi şikayəti təmin etməyib.
Süleyman Məmmədli RATİ-yə onu da bildirdi ki, bütün bunlar onun jurnalist fəaliyyəti ilə bağlıdır.
Xatırladaq ki, “Hüriyyət” qəzetini redaktoru S.Məmmədlinin 6 oktyabr 2009-cu il tarixdə Milli Ordu sıralarından təxris olunan oğlu Altay Məmmədli 10 noyabr tarixdə hansısa əsgərin döyülməsi ilə bağlı üzləşmə üçün hərbi hissəyə çağırılıb və Ağdam Hərbi məhkəməsində barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.
A.Məmmədov Cinayət Məcəlləsinin 331.3- cü (hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə) maddəsilə təqsirli bilinib. O hərbi xidmətdə olduğu dövrdə əsgər yoldaşlarına qarşı nalayiq hərəkətlərə yol verməkdə təqsirləndirilir.
Previous Post

VALİDEYNLƏRİ ADNAN HACIZADƏ VƏ EMİN MİLLİ İLƏ GÖRÜŞÜBLƏR

Next Post

“QANUN” NƏŞRİYYATI VƏ MÜSTƏQİL JURNALİST QABİL ZİMİSTANOĞLU MƏHKƏMƏYƏ VERİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.