ATASI ADNAN HACIZADƏ İLƏ GÖRÜŞÜB

Avqustun 15-də Hikmət Hacızadə 14 saylı cəzaçəkmə müəssisəsində həbsdə olan oğlu, gənc bloqçu Adnan Hacızadə ilə görüşüb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) H. Hacızadənin özü məlumat verib.

H.Hacızadə gənc bloqçunun saxlanma şəraitindən və səhhətindən şikayət etmədiyini bildirib. Hacızadə əlavə etdi ki, 19 avqust saat 11.00-da Ali Məhkəmədə bloggerlərin kassasiya şikayətinə baxılacaq.

 

Xatırladaq ki, hakimiyyəti tənqid edən “Eşşəklə (Esel Heinz)  müsahibə” adlı videorolikin  müəllifləri Adnan Hacızadə və digər blogger Emin Milli 08 iyul 2009-cu il tarixində Bakıda “Lebonese” (Livan) restoranında təxribatçılar tərəfindən döyülərək xəsarət almalarına və zərərçəkmiş şəxs qismində şikayət etmələrinə baxmayaraq, polis  onlara xəsarət yetirənləri sərbəst buraxmış və gənclər barəsində “xuliqanlıq” maddəsi ilə cinayət işi başlamışdır. 11 noyabr 2009-cu ildə məhkəmə Emin Millinin 2 il 6 ay, Adnan Hacızadənin isə 2 il azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb. Bakı Apellyasiya Məhkəməsi 10 mart 2010-cu il tarixdə hökmün qüvvədə saxlanılması ilə bağlı qərar qəbul edib. Yerli və beynəlxalq ictimaiyyət bloqçuları vicdan məhbusu kimi tanıyıb.

 

Previous Post

JURNALİST TƏQİB OLUNDUĞUNU BİLDİRİR

Next Post

“KİV-DƏ “QARA PİAR”: MEDİA SEÇKİLƏRƏ NECƏ GEDİR?” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.