AQİL XƏLİL SIĞINACAQ İSTƏMƏSİ İLƏ BAĞLI YAYILAN MƏLUMATLARI ÖZÜNƏ QARŞI NÖVBƏTİ TƏXRİBAT HESAB EDİR

“ABŞ-ın Azərbaycandakı səfirliyindən sığınacaq istəməyim barədə yayılan məlumatlar mənə qarşı növbəti təxribatdır”.

Bunu son zamanlar iqtidar və iqtidaryönümlü mətbuatda haqqında yazılanları RATİ-yə şərh edərkən “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlil (Xəlilov) söylədi. 
      A. Xəlil  bu  məlumatların  Milli Təhlükəsizlik Nazirliyi tərəfindən yayılmasını istisna etmir: “Mən Respublika Prokurorluğundan da şübhələnərdim, amma düşünürəm ki, prokurorluq sadəcə verilən sifarişləri icra edən bir qurumdur. Bu kimi çirkin məlumatları yaymaqda yalnız MTN maraqlı ola bilər”, – deyə vurğulayan A. Xəlilin sözlərinə görə, o, bir müddət bundan öncə həqiqətən də ABŞ-ın Azərbaycandakı səfirliyində olub:
        “Mənim ABŞ səfirliyində olmağım heç də siyasi sığınacaq istəməyim demək deyil. ABŞ səfirliyi mənimlə həmişə maraqlanaraq işimi diqqətdə saxlayır. Həmin görüş də bu qəbildən olub”.
       Qeyd edək ki, A. Xəlil  artıq bir neçə dəfə xarici səfərə cəhd edib. Amma hər dəfə sərhəddə  jurnalistə bıçaqlanması faktı üzrə cinayət işinin açıldığını bəhanə gətirib onu geri qaytarıblar.  
    “Yəqin ki, guya sığınacaq almaq istəməyim barədə yayılan məlumatlarda da məqsəd mənə vizanın verilməsinin qarşısını almaqdır. Amma hər kəs bilsin ki, mənim heç bir yerə qaçmaq fikrim yoxdur və hazırda da “Azadlıq” qəzetində işləyirəm”, – deyə A. Xəlil bəyan etdi.
 
Xatırladaq ki, A. Xəlil "Zeytun bağları" ərazisində ağacların kəsilməsi ilə bağlı reportaj hazırlayarkən 22 fevral 2008-ci il tarixində biri Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı, digəri isə onun qohumu olan iki nəfər tərəfindən döyülmüş, martın 13-də isə Bakı Apellyasiya Məhkəməsinin qarşısında  ürək nahiyəsindən bıçaqlanmışdı. 

Previous Post

KƏPƏZ TV TƏSİSÇİSİNİN DƏYİŞDİRİLMƏSİ İLƏ BAĞLI ZİDDİYYƏTLİ MƏLUMATLAR YAYILIR

Next Post

FUTBOL TELEKANALININ AÇILMASI ÜÇÜN TƏHLİLLƏR APARILIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.