FUTBOL TELEKANALININ AÇILMASI ÜÇÜN TƏHLİLLƏR APARILIR

“Azərbaycanda futbol telekanalının açılması ilə bağlı təhlillər  aparılır”.

“Azərbaycanda futbol telekanalının açılması ilə bağlı təhlillər  aparılır”. Bunu Azərbaycan Futbol Federasiyası Assosiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayevin bir müddət bundan öncə futbol telekanalının açılacağı  ilə əlaqədar söylədiyi fikri şərh edərkən assosiasiyanın  baş katibi Elxan Məmmədov “extratime.az” saytına müsahibəsində deyib.
    “Kanalın quruluş və forması haqqında heç nə bilmirik. Hələ ki, təhlil işləri gedir. Telekanalın yaraması birinci növbədə tamaşaçının istəyindən asılıdır. Əgər istək yoxdursa onda belə bir telekanalı  yaratmağın mənası yoxdur”, – deyə vurğulayan E. Məmmədov eyni zamanda AZ TV dövlət telekanalının da özünün idman kanalını açmaq istədiyini də xatırladıb: “Biz bunu da nəzərə alacağıq. Baxacağıq ki, bu telekanalda futbola nə qədər yer veriləcək”.

Previous Post

AQİL XƏLİL SIĞINACAQ İSTƏMƏSİ İLƏ BAĞLI YAYILAN MƏLUMATLARI ÖZÜNƏ QARŞI NÖVBƏTİ TƏXRİBAT HESAB EDİR

Next Post

PENİTENSİAR XİDMƏT QƏNİMƏT ZAHİDİN HƏBSDƏ YAZDIĞI KİTABIN ƏLYAZMASI GERİ QAYTARMAQ FİKRİNDƏ DEYİL

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.