AQİL XƏLİL FRANSAYA GEDİB

"Turan" İnformasiya Agentliyinin yaydığı məlumata görə, "Azadlıq" qəzetinin əməkdaşı Aqil Xəlil (Xəlilov) iyulun 24-ə keçən gecə aldığı dəvət əsasında Fransaya gedib.

İyulun 22-də hava limanında bütün yoxlanış məntəqələrindən keçən Xəlil yenidən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və ona bildirilib ki, o axtarışdadır, ona görə də ölkədən çıxa bilməz. İyulun 24-ə keçən gecə isə Xəlil yenidən hava limanına gəlib və ölkəni tərk edib.

             Xatırladaq ki, A. Xəlil dəfələrlə xarici səfərə cəhd etsə də hər dəfə o sərhəddən geri qaytarılmışdı.

 

Previous Post

“MƏSULİYYƏTSİZ JURNALİSTİKANIN MÖVCUDLUĞU MEDİAYA OLAN TƏZYİQLƏRƏ BƏRAƏT QAZANDIRA BİLMƏZ”

Next Post

“GÜNDƏLİK BAKI” QƏZETİNİN ƏMƏKDAŞI AÇIQ MƏHKƏMƏ PROSESİNDƏN ÇIXARILIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.