PENİTENSİAR XİDMƏT MİRZƏ SAKİTİN SƏHHƏTİNDƏ CİDDİ PROBLEMLƏRİN OLMADIĞINI İDDİA EDİR

“Azadlıq” qəzetinin həbsdə olan  əməkdaşı satirik-jurnalist Mirzə Sakitin (Sakit Zahidov) səhhətində ciddi problemlər yoxdur.

Əgər hər hansı bir problem olsaydısa bu barədə bizə məlumat verilərdi”. Bunu RATİ-yə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər.
  APA-nın məlumatına görə, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov da dünən jurnalistlərlə söhbətində bildirib ki, Sakitin səhhətində ciddi problemlər yoxdur: “Əgər hər hansı bir ciddi problem olsaydısa, o, Müalicə Müəssisəsinə köçürülərdi”, – deyə bildirən Sadiqov jurnalistin mülki həkim tərəfindən müayinə olunmasını da  mümkün hesab edib. O, bildirilib ki, Cəzaların İcrası Məcəlləsinə əsasən, məhkumun yaxınları pullu xidmət müqabilində müayinəni təşkil edə bilərlər. 
Qeyd edək ki, dünən (15 may) Mirzə Sakitlə  14 saylı Cəzaçəkmə Müəssisəsində  görüşən həyat yoldaşı Rəna Zahidova RATİ-yə satirik-jurnalistin vəziyyətinin pisləşməsi barədə məlumat vermişdi.  “Sakitin vəziyyəti çox pisdir. Ürəyində ağrılar var. Özünü pis hiss edir. Gecələr boğulmaları olur. Bütün bunlara baxmayaraq Sakiti yenə də müalicə müəssisəsinə köçürmürlər. O hal-hazırda məhbusların cəza çəkdiyi ümumi hissədə saxlanılır”, – deyə  Zahidova bildirmişdi.  Jurnalistin müalicə almaq istədiyini deyən Zahidova Sakit üçün xeyli  dərman preparatlarını apardığını da qeyd etmişdi.
 

 

Previous Post

YAŞAR AĞAZADƏNİN DÖVLƏT NEFT ŞİRKƏTİNƏ QARŞI İDDİASI ƏSASINDA MƏHKƏMƏ PROSESİ BAŞLANDI

Next Post

AQİL XƏLİL ÖLKƏDƏN BURAXILMADIĞINA GÖRƏ BAŞ PROKURORLUĞU VƏ SƏRHƏD XİDMƏTİNİ MƏHKƏMƏYƏ VERİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.