AQİL XƏLİL YENİDƏN İZLƏNİLİR

“Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlil yenidən izlənilir.

Bu haqda RATİ-yə məlumat verən jurnalistin sözlərinə görə, “Hunday” markalı, sarı nömrəli və şüşələri  pərdəli olan maşından onu videokamera ilə çəkirlər. “Son günlərdə qohumlarımın evində yaşayırdım. Qohumlarım da hiss edib ki, binanın qarşısında müntəzəm olaraq dayanan maşından izlənilirəm. Daha sonra yaşayış yerimi dəyişdim. Buna baxmayaraq yenə də məni izləməyə davam edirlər”, – deyə Xəlil əlavə edib.

Xəlil əməkdaşımızla söhbətində onun ali məktəb yoldaşlarının istintaqa çağırılaraq onlara psixoloji təsir göstərilməsi prosesinin davam etdiyini söyləyib.

Previous Post

CƏFƏROV MAŞINININ YANDIRILMASI İLƏ BAĞLI İŞİN AÇILACAĞINA İNANMIR

Next Post

MİRZƏ SAKİTİN SƏHHƏTİ PİSLƏŞİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.