MİRZƏ SAKİTİN SƏHHƏTİ PİSLƏŞİB

Həbsdə olan “Azadlıq” qəzetinin əməkdaşı, satirik jurnalist Mirzə Sakitin səhhəti pisdir.

 Bunu RATİ-yə jurnalistin həyat yoldaşı Rəna Zahidova söyləyib: “mən bu gün Sakitlə görüşdüm. Onun ürəyində çoxlu ağrılar var. Tibb məntəqəsindən yenidən  dustaqların ümumi şəkildə saxlandığı yerə köçürülüb. Onu müayinə edən Cəzaçəkmə müəssisəsinin həkimi Sakitin səhhətinin yaxşı olması barədə rəy verib ki, guta onun səhhətində heç bir problemi yoxdur. Sakit isə Ədliyyə naziri Fikrət Məmmədova mülki həkimin müayinəsinə icazə verilməsi ilə bağlı müraciət edib. Lakin müraciətə hələ də cavab gəlmədiyindən o çox narahatdır”.

Zahidovanın sözlərinə görə, Mirzə Sakit  şeri ilə bağlı Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən Mətbuat Şurasına verilən şikayətə və “Lider” TV-də nümayiş etdirilən “İflas” filminə münasibət bildirib. Sakit aşağıdakı mesajı mətbuatın diqqətinə çatdırmağı həyat yoldaşından xahiş edib: ”Mən şerlərimlə heç kəsi təhqir etmir, sadəcə tənqid edirəm. “İflas” filmindəki məsələlərin hamısı yalandır. Hər kəs onların kim olduğunu yaxşı bilir.”

Previous Post

AQİL XƏLİL YENİDƏN İZLƏNİLİR

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.