Hərbi jurnalist, fəaliyyətini dayandırmış "Gündəlik Azərbaycan" qəzetinin əməkdaşı Üzeyir Cəfərova ona məxsus «VAZ-2107» maşının yandırılması ilə əlaqədar dünən (28 aprel) Binəqədi rayon 7-ci polis bölməsində olub.
Bu barədə RATİ-yə məlumatı jurnalistin özü verib: "dünən istintaqı aparan müstəntiq Əbülfət Həsənov və bölmənin rəisi Ceyhun Hüseynovla görüşdüm. Mənə bildirdilər ki, ərazidə yaşayan əhali dindirilib. Fikirləşirəm ki, bu işi görüntü olsun deyə aparırlar. Bu işin açılaçağının heç bir perspektivi yoxdur”.