AQİL XƏLİLİN İDDİASI TƏMİN EDİLMƏDİ

Dünən (6 may) Bakı Apellyasiya Məhkəməsində hakim Mədinə Bağırovanın sədrliyi ilə “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlilin Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinin müstəntiqi Əli Quluyevə , eləcə də AzTV, “Lider”, “Space” və ATV telekanallarına qarşı irəli sürdüyü iddiası  təmin olunmayıb.

Bu barədə məlumatı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna  ( RATİ )  Aqil Xəlilin səlahiyyətli nümayəndəsi, Media Hüquqları İnstitutunun vəkili Elçin Sadıqov verib.
E.Sadıqov bildirdi ki, iddia  şərəf və ləyaqətin təhqir olunması, nüfuza xələl gətirmə, şəxsi həyata müdaxilə ilə əlaqədar olaraq irəli sürülüb və məhkəmədən  dəyən mənəvi ziyana görə  telekanalların və müstəntiqin təzminat  ödəmələri xahiş edilib. Elçin Sadıqov həmçinin iddianın sözügedən telekanallarda Baş Prokurorluğun İstintaq  qrupunun hazırladığı süjetin nümayiş olunması ilə əlaqədar olduğunu da qeyd edib. Lakin məhkəmə 28 avqust 2008-ci il tarixlində Yasamal rayon məhkəməsinin çıxardığı  qərarı qüvvədə saxlayıb.
Xatırladaq ki, 07 aprel 2008-ci ildə AZTV 3 nəfər tərəfindən Aqil Xəlilin homoseksual olduğunu iddia edən veriliş yayımlayıb də bundan sonra Baş Prokurorluq tərəfindən təqdim edilən videosüjet "Space" , "Lider" və ATV telekanallarında efirə verilib. Efirə verilmiş materialları şəxsi həyatına müdaxilə, şərəf və ləyaqətin alçaldılması kimi qiymətləndirən Aqil Xəlil məhkəməyə müraciət edib.
Previous Post

“MƏNİM SAVAŞIM” KİTABI İLƏ BAĞLI EKSPERTİZA RƏYİ VERİLİB

Next Post

“NOTA” QƏZETİNİN BAŞ REDAKTORU YENİDƏN MƏHKƏMƏYƏ VERİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.