“MƏNİM SAVAŞIM” KİTABI İLƏ BAĞLI EKSPERTİZA RƏYİ VERİLİB

may 7th, 2009
Adolf Hitlerin “Mənim savaşım” (Mein kampf) kitabı ilə bağı Ədliyyə Nazirliyi tərəfindən  kompleks ekspertiza rəyi artıq verilib.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verən “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının sözlərinə görə, yaxın günlərdə rəy Nərimanov rayon məhkəməsinə təqdim ediləcək: “Bu kitaba iki dəfə ziddiyyətli ekspertiza rəyi verildiyi üçün, 2008-ci il dekabrın əvvəlində "Mənim Savaşım" kitabının təkrar Ədliyyə Nazirliyinin ekspertizasına göndərilməsi ilə bağlı məhkəmə qarşısında vəsatət qaldırmışdıq.  Nərimanov rayon məhkəməsinin hakimi Turqay Hüseynovun bildirdiyinə görə rəy artıq hazırdır.”  
Xatırladaq ki, Adolf Hitlerin "Mənim Savaşım" kitabının tərcüməsinə görə Ə.Zeynallıya  qarşı 2004-cü ilin dekabr ayında MTN-də Cinayət Məcəlləsinin 283.1 maddəsi ilə cinayət işi qaldırılmış və 2005-ci ilin fevral ayında əməldə cinayət tərkibi olmadığına görə işə xitam verilmişdi. 2007-ci ilin may ayında isə kitab ikinci dəfə çap olunan zaman cinayət işi Baş Prokurorun birinci müavini Rüstəm Usubov tərəfindən yenilənərək yenidən MTN-in İstintaq İdarəsinə göndərilmiş və həmin ilin oktyabr ayında cinayət işinin istintaqı yekunlaşaraq baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilmişdi.