“NOTA” QƏZETİNİN BAŞ REDAKTORU YENİDƏN MƏHKƏMƏYƏ VERİLDİ

Dünən (6 may) “Azadlıq Hərəkatçıları Birliyi”nin (AHB) sədri Təhmasib Novruzov “Nota”  qəzetinin baş redaktoru Sərdar Əlibəyliyə (Əliyev) qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 148-ci (Təhqir), qəzetin əməkdaşları Ramiz Tağıyev və Fərəməz  Novruzoğluna (Allahverdiyev) qarşı isə 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddələrinə əsasən xüsusi ittiham qaydasında Xətai  Rayon Məhkəməsində iddia qaldırıb.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna  (RATİ) məlumat verən S.Əlibəylinin sözlərinə görə, iş hakim Bəhram Şükürovun icraatındadır və məhkəmə hazırlıq iclası 12 may saat 13:00-da keçiriləcək.
Xatırladaq ki, iddiaya səbəb “Nota” qəzetinin  01-07 fevral 2009-cu il 04 (018) sayında “Təhmasib Novruzov kimlərin sifarişini yerinə yetirir”, 08-14 fevral 05 (019) sayında “ATM əməkdaşlarımızı ölümlə hədələyir!”, “MTN-in APA-dakı adamı kimdir?”, 22-28 fevral 2009-cu il 07 (021) sayında “Bəhlul Muradova daha bir cinayət işi qaldırdı”, 01-07 mart 08 (022) sayında “Anan ölsün ay Ramazan-2”, 08-14 mart 2009-cu il 09 (023) sayında “Sevil Nuriyevanın adının qəzetimizdə hallanmasını istəyən qüvvələr kimdir?” adlı məqalələrdir.  Onu da qeyd edək ki, iddiada vurulmuş mənəvi zərərə görə “Nota” qəzeti redaksiyasından 120.000 ( yüz iyirmi min ) AZN məbləğində təzminat tutulması, qəzetdə təkzib verilməsi və üzr istənilməsi barədə qətnamə çıxarılması xahiş olunur.
Qeyd edək ki, bir müddət öncə iddiaçı eyni iddia ilə  Xətai rayon məhkəməsinə müraciət etsə də, 27 aprel tarixində hakim İ.Qaralov iddia ərizəsi düzgün tərtib edilmədiyini bildirərək işi icraata götürməmişdi.
Previous Post

AQİL XƏLİLİN İDDİASI TƏMİN EDİLMƏDİ

Next Post

“KORRUPSİYA VƏ CƏMİYYƏT” JURNALININ BAŞ REDAKTORU MƏMMƏD ƏHMƏDOĞLU MƏTBUAT ŞURASINI MƏHKƏMƏYƏ VERİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.