“AQO” QRUPU AZƏRBAYCANLA BAĞLI HESABAT AÇIQLAYIB

aprel 23rd, 2008
Avropa Şurası Parlament Assambleyasının “AQO” monitorinq qrupu Azərbaycanda medianın durumundan narahatdır.

Bu Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərin icrası ilə bağlı vəziyyətlə yerində tanış olmaq məqsədilə bir müddət bundan  öncə bölgəyə səfər etmiş “Aqo” qrupunun  dünən (22 aprel) açıqladığı hesabatında qeyd olunub.

Hesabat bu gün (23 aprel) AŞ Nazirlər Komitəsinə təqdim ediləcək. Sənəddə Azərbaycanda siyasi məhbus problemi, söz və mətbuat azadlığının mövcud durumuna geniş yer verilir.  APA-nın yaydığı məlumata əsasən, qrup həbsdə olan jurnalistlərin aclıq aksiyasına başlamasını narahatedici məqam hesab edir. Habelə qrup Milli Televiziya və Radio Şurasının müstəqilliyinin təmin olunması üçün zəruri addımların atılmasını da Azərbaycan hökumətinə tövsiyə edir.