“JURNALİSTLƏRİN ŞƏXSİYYƏTİNƏ QARŞI YÖNƏLƏN CİNAYƏT CƏZASIZ QALMAMALIDIR”

”Jurnalistlərin şəxsiyyətinə qarşı yönələn hər hansı bir cinayət cəzasız qalmamalıdır.”

Bu sözləri Azərbaycan mətbuatının hazırkı durumuna münasibət bildirərkən jurnalistlərlə söhbəti zamanı Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin sədr müavini Gültəkin Hacıyeva deyib:

”Bütün bunlarla yanaşı mən jurnalistikamızın bu günkü vəziyyətini çox ürəkağrısı ilə qarşılayıram və mənə elə gəlir ki, hər bir peşəkar jurnalist bu fikirlə razılaşar ki, Azərbaycan jurnalistikası çox acınacaqlı durumdadır. Bu gün Azərbaycanda peşəkar jurnalistika, sözün əsl mənasında yoxdur”, – deyə qeyd edən G. Hacıyeva hakimiyyətin müxalifətyönlü və müstəqil qəzetlərə qarşı kampaniya aparmadığını da deyib.
“İqtidar tərəfdən heç kimə, o cümlədən heç bir mətbu orqana və əks mövqedə olan insanlara qarşı heç bir “qara piar” kampaniyası aparılmayıb və aparılmır”, – deyə o vurğulayıb.

Previous Post

“AQO” QRUPU AZƏRBAYCANLA BAĞLI HESABAT AÇIQLAYIB

Next Post

AŞPA -NIN YAY SESSİYASINA QƏDƏR AZƏRBAYCANDAKI JURNALİSTLƏR AZADLIĞA BURAXILMALIDIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.