“BİZİM YOL” QƏZETİNİN ƏMƏKDAŞI ÖLÜMLƏ HƏDƏLƏNİR

Dünən “Bizim yol” qəzetinin əməkdaşı Natiq Ədilov (050) 224 -03-15 nömrəli telefondan zəng edən naməlum şəxs tərəfindən ölümlə hədələnib.

 Jurnalistin RATİ-yə verdiyi məlumata görə, o 12 aprel 2008-ci il tarixdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Azərbaycan Kənd İnvestisiya Layihəsinin (AzKİL) rəhbərliyinə sorğu göndərib. Sorğuda Sabirabad rayonunun Xəlfəli kəndində həyata keçirilən yol çəkilişinin maliyyələşməsi ilə əlaqədar suallar verilib.


Zəng edən şəxs sorğunun Xələfli kəndindən gələn şikayət məktubu əsasında göndərildiyini zənn edərək, jurnalistdən həmin məktubu tələb edib. Ədilov isə cavabında bildirib ki, “sorğunu araşdırma aparmaq məqsədilə göndərmişəm, əgər siz həmin təşkilatı təmsil edirsinizsə, sorğunu cavablandırmalısınız”. Zəng vuran şəxs sorğunu cavablandırmayaçağını bildirib və jurnalistin “bu haqda yazılı cavab göndərin” çağırışına belə cavab verib: “Sən bilirsən ki, buna görə gəlib sənin başını kəsərlər?” Ədilov zəng vuran şəxsin kimliyini soruşsa da, həmin şəxs “darıxma, tezliklə bilərsən kiməm” cavabını verib.

Previous Post

MƏQALƏYƏ GÖRƏ “AZADLIQ” QƏZETİ MƏHKƏMƏYƏ VERİLƏ BİLƏR

Next Post

“AQO” QRUPU AZƏRBAYCANLA BAĞLI HESABAT AÇIQLAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.