MİKLOŞ HARAŞTİ JURNALİSTLƏRİ MÜDAFİƏ ETMƏYƏ ÇAĞIRIB

ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti bu gün ATƏT-in üzvü olan ölkələri jurnalistlərə qarşı olan zorakılıqları aradan qaldırmaqla və bu sahədə ciddi məhdudiyyətləri götürməklə mətbuat azadlığını müdafiə etməyə çağırıb.

Açıqlmasında Haraşti qeyd edir: “Tənqidə görə qisas almaq məqsədilə jurnalistlər Ermənistanda, Azərbaycanda, Belarusda, Bolqarıstanda, Xorvatiyada, Gürcüstanda, Macarıstanda, Qırğızıstanda, Monteneqroda, Rusiyada, Serbiyada və Makedoniyada döyülmədən qətlə qədər fiziki zorakılığa məruz qalır”.

    Haraşti hökumətləri icazəsiz nümayişlər də daxil olmaqla kütləvi aksiyaları işıqlandıran jurnalistləri müdafiə etməyə çağırıb. Məhkəmə, siyasi xarakterli məhdudiyyətlər də media azadlığını təhlükə altında qoyur.

Previous Post

“SƏNƏT QƏZETİ”NİN YAZARI AİLƏSİNİN TƏHLÜKƏ İLƏ ÜZ-ÜZƏ OLDUĞUNU BİLDİRİR

Next Post

BUŞ BEYNƏLXALQ MƏTBUAT AZADLIĞI GÜNÜ İLƏ BAĞLI BƏYANATINDA AZƏRBAYCANIN ADINI ÇƏKİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.