BUŞ BEYNƏLXALQ MƏTBUAT AZADLIĞI GÜNÜ İLƏ BAĞLI BƏYANATINDA AZƏRBAYCANIN ADINI ÇƏKİB

Dünən (01 may) ABŞ prezidenti Corc Buş Beynəlxalq Mətbuat Azadlığı Günü ilə əlaqədar bəyanat verib.

Buş bəyanatda jurnalistlərin təzyiqlərlə üzləşdiyi və həbs edildiyi ölkələrin adlarını çəkib. “2007-ci ildə doqquz il ardıcıl olaraq Çin həbs edilmiş jurnalistlərin sayına görə birinci yerdədir, onun ardınca Kuba, Eritreya, İran və Azərbaycan gəlir” – deyə Buş qeyd edib.

     ABŞ prezidentinin sözlərinə görə, Amerika öz azadlığı uğrunda mübarizə aparan şəxslərlə, o cümlədən risk altında işləməyi davam etdirən mətbuat nümayəndələri ilə bir yerdədir. 2007-ci ildə ABŞ təxminən 40 ölkədə media azadlığını müdafiə etmək üçün 78 milyon dollar ayırıb. “Prezident kimi mən media azadlığını boğan qüvvələrə qarşı mübarizə aparan bir sıra jurnalist və redaktorlarla görüşmüşəm. Biz  bu cəsur insanları alqışlayırıq və bütün dünyada azadlığın yayılmasında azad mətbuatın vacibliyini anlayırıq”, – deyə Buş əlavə edib.  

APA-nın yaydığı məlumata görə, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim ABŞ prezidentinin KİV-lə bağlı vəziyyətin pis olduğu ölkələr sırasında  Azərbaycanın adının çəkilməsini qeyri-dəqiq məlumatların ifadə olunması kimi qiymətləndirib: “İkitərəfli münasibətlərimizdə yarımçıq məlumatlara yer verilməsini istəməzdik. Biz ABŞ tərəfinin ikitərəfli münasibətlərin səviyyəsini nəzərə alaraq və real vəziyyətə əsaslanaraq öz bəyanatlarında yoxlanılmış, dəqiq faktlardan istifadə etməsini istəyirik”.

Previous Post

MİKLOŞ HARAŞTİ JURNALİSTLƏRİ MÜDAFİƏ ETMƏYƏ ÇAĞIRIB

Next Post

JURNALİSTLƏR MÜKAFATLANDIRILDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.