VƏKİLİ QƏNİMƏT ZAHİDOVLA GÖRÜŞÜB

Dünən (23 dekabr) vəkil Əlaif Həsənov 17 saylı cəzaçəkmə müəssisəsində “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidovla (Zahid) görüşüb.

Ə. Həsənov  “Azadlıq” qəzetinə bildirib ki, görüş “Azadlıq ” qəzetinin yaranmasının 19 illiyi ilə bağlı olub.
“Məqsədim Qənimət bəyi təbrik etmək və “Azadlıq” qəzetinin əməkdaşlarının təbriklərini də ona çatdırmaq idi”, – deyə qeyd edən vəkil Q. Zahidovun saxlanma şəraitindən, müəssisə əməkdaşlarının ona olan münasibətindən də  heç bir şikayətinin olmadığını bildirib.
Xatırladaq ki, “Azadlıq” qəzetinin ilk sayı Azərbaycanda başlayan Milli Azadlıq Hərəkatı zamanı, 1989-cu il dekabr ayının 24-də dərc olunub.
Previous Post

AKİF NAĞI PROKURORLUQDA İFADƏ VERİB

Next Post

POLİS MÜXALİFƏTİN AKSİYASINI ZORAKILIQLA DAĞITDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.