“AZADLIQ” QƏZETİ İSTİNTAQDAN İMTİNA EDİR

“Azadlıq” qəzetinin kollektivi, qəzetin əməkdaşı Aqil Xəlilin fevralın 22-də ”Zeytun bağları” deyilən ərazidə döyülməsi və martın 13-də Bakı Apellyasiya Məhkəməsinin qarşısında bıçaqlanması hadisəsi ilə bağlı aparılan istintaq hərəkətlərində iştirak etməyəcəkləri barədə bəyanat yayıb.

Bəyanatda deyilir ki, “Azadlıq” qəzeti olaraq bəyan edirik ki, A. Xəlilin döyülməsi və bıçaqlanması faktları ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində aparılan istintaqın qərəzli olduğunu, günahkarı tapıb məsuliyyətə cəlb etməkdənsə zərərçəkəni və bütövlükdə redaksiyanı ləkələyib şantaj etdiyini, eləcə də A. Xəlilin istintaqın tərkibinə etirazla bağlı baş prokurora göndərdiyi müraciəti və onun vəkilinin istintaq qrupunu məhkəməyə verməsini əsas götürərək bu iş üzrə bundan sonra istintaq hərəkətlərində iştirakdan imtina edirik.”

Previous Post

ƏLİ HƏSƏNOV PROKURORLUĞUN MÖVQEYİNİ MÜDAFİƏ EDİB

Next Post

JURNALİSTİN HÜQUQLARINI MÜDAFİƏ KOMİTƏSİNİN SƏDRİ MÜƏYYƏNLƏŞİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.