REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu “Azadlıq” qəzetinin müxbiri Aqil Xəlilin bıçaqlanmasından dəhşətə gəlmiş və təlaşlanmışdır.

Bu hadisə dünən, martın 13-də saat 19:50 radələrində “Azadlıq” qəzetinin nəşriyyatının yerləşdiyi “Azərbaycan” Nəşriyyat Evinin çölündə  piyada gedərkən baş vermişdir.

Dörd nəfərlə – ikisi qarşıdan, ikisi isə arxadan – üz-üzə gələn Xəlil sinəsindən bıçaq yarası almışdır. Musa Nağıyev adına ilk tibbi yardım xəstəxanasının həkimləri RATİ-yə bildirmişdir ki, bıçaq cüzi şəkildə Xəlilin ürək nahiyəsindən yayınmışdır. Dünən axşam bıçaq yarasının üstünü örtmək üçün Xəlilin üzərində təcili əməliyyat aparılmışdır. O, hal-hazırda xəstəxananın intensiv xidmət bölməsində saxlanılır.

RATİ qeyd etmək istəyir ki, son vaxtlar Xəlil haqqında 2008-ci il fevralın 22-də başqa bir hücumun qurbanı olduğu üçün mətbuatda çox məlumat getmişdir. Həmin gün Xəlil biri 45-50, digəri isə 50-55 yaşında olan iki kişi tərəfindən “Zeytun Bağları”-ında ağacların kəsilməsi haqqında reportaj hazırlayarkən döyülmüşdür. Həmin adamlar Xəlilin jurnalist vəsiqəsini götürərək qaytarmamış,  və onun foto kamerasını almağa çalışmışdılar. Xəlil RATİ-yə söyləmişdir ki, mübahisə zamanı onun barmağı sınmış və başqa zədələr almışdır. Hücum edənlər həm də Xəlili kameranın şnuru ilə boğmağa çalışmışdılar və Xəlil yerə yıxıldıqda onu təpikləmişdilər.

Xəlil bu hadisəylə bağlı intensiv surətdə bu cinayət hadisəsinin təhqiqatının aparılmasına nail omağa cəhd etmişdir.
RATİ həm də xatırladır ki, Xəlilə qarşı bu hücum Azərbaycan hakimiyyətini kəskin tənqid edən bir nəşriyyata –“Azadlıq” qəzetinə qarşı tərəddüdsüz təqib və  hədə-qorxu kampaniyasının başqa bir epizodudur.

RATİ dünənki hadisəni öldürmə cəhdi kimi qiymətləndirir, Xəlilin və “Azadlıq” qəzetinin bütün işçilərinin təhlükəsizliyini təmin etmək üçün dərhal ölçü götürülməsini tələb edir. RATİ həm də bütün jurnalistləri öz təhlükəsizliklərini təmin etmək üçün ehtiyatlı olmağa səsləyir. Buna axşamlar tənha gəzməmək, həmişə harada olduqlarını və nə vaxt qayıdacaqlarını yaxınlarına söyləmək və telefon nömrələrini onlara vermək kimi tədbirlər görmək daxil ola bilər.

RATİ 2008-ci il prezident seçkiləri yaxınlaşdıqca müstəqil və müxalifət mətbuatına qarşı bu cür təzyiqlərin, təqiblərin, təxribat və hücumların artacağını qabaqcadan hiss edir. RATİ Azərbaycan hökumətindən və hüquq mühafizə orqanlarından jurnalist Aqil Xəlilin bıçaqlanması üzrə dərhal və ətraflı təhqiqat aparılmasını tələb edir. RATİ xüsusi qeyd edir ki, hadisə baş verən yerin yaxınlığında işıq dirəklərində Dövlət Yol Polisinin kameraları quraşdırılmışdır və bu kameralardakı çəkilişlər bu işin açılmasında istifadə olunmalıdır.   Bu hücumu təşkil edənlər tapılmalıdır, və bunu etmək üçün hüquq mühafizə orqanları ilk öncə 22 fevral 2008-ci ildə Xəlilə hücum etmiş adamları dindirməlidir. Bu adamlar bir şahidin öz mobil telefonu ilə gizlincə çəkdiyi hücumun çəkilişində görünürlər və siz bu çəkilişə RATİ-nin saytında baxa bilərsiniz. (www.irfs.az ya da http://www.youtube.com/watch?v=422fu6Xn6P0).

RATİ beynəlxalq ictimaiyyətə müraciət edir ki, Azərbaycan hökumətindən bu qəddar hücumun arxasında duran şəxslərin tapılmasını tələb etsin və həmin adamların qanunla sona qədər ittiham olunmasını təkid etsin. RATİ beynəlxalq ictimaiyyətdən onu da xahiş edir ki, Azərbaycan hökumətindən jurnalistlərə qarşı hücumların arxasında duran şəxslərin cəzasız qalmasına son qoyulmasını və söz azadlığı və insan haqları sahəsindəki vəzifələrini yerinə yetirməyi tələb etsin.

Previous Post

AQİL XƏLİL MƏHKƏMƏYƏ MÜRACİƏT ETMƏYƏ HAZIRLAŞIR

Next Post

ƏLİ HƏSƏNOV ETİRAZ EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.