ƏLİ HƏSƏNOV: “HƏBSDƏ OLANLARIN QAPISININ AÇIQ OLMASINI ARZULAMALIYIQ”

Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bu gün jurnalistlərə verdiyi açıqlamasında jurnalistlərin həbsdə olmasını Azərbaycanın beynəlxalq imicinə mənfi təsir göstərən hal kimi qiymətləndirib.

“Bütün beynəlxalq təşkilatlar bu məsələni Azərbaycanda söz və mətbuat azadlığının problemi kimi təqdim edirlər. Ümid edirik ki, bundan sonra belə hallar təkrarlanmayacaq. Həbsdə olanların qapısının açıq olmasını arzulamalıyıq”, – deyə Həsənov vurğulayıb. 

Həsənov jurnalistlərin sosial vəziyyəti ilə bağlı layihənin hazırlandığını və qurultaydan sonra həmin sənədin bir daha təhlil edilərək, prezidentə təqdim olunacağını bildirib. Onun sözlərinə görə bu mətbuata dövlət dəstəyini ehtiva edən sənəd olacaq və qəzetlərin müstəqilliyinə təsir göstərməyəcək.   

Previous Post

“GÜNDƏLİK BAKI” QƏZETİ CƏRİMƏLƏNDİ

Next Post

AZƏRBAYCAN JURNALİSTLƏRİNİN QURULTAYINDA MƏTBUAT ŞURASININ NİZAMNAMƏSİNƏ ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏR EDİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.