Bu gün (12 fevral) Milli Məclisin iclasında “Mətbuat azadlığı haqqında”, “Əməliyyat axtarış fəaliyyəti haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” və “İnformasiya əldə etmək haqqında” qanunlara əlavə və dəyişikliklər qəbul edilib.
Bu barədə APA məlumat yayıb. Məlumatda bildirilir ki, müzakirələr zamanı çıxış edən millər vəkilləri Pənah Hüseyn və İqbal Ağazadə qanunlara təklif edilən əlavə və dəyişikliklərin mətbuatın azadlığını boğmağa xidmət etdiyini bildiriblər. P.Hüseyn bu qanunla bağlı məhkəməyə müraciət edəcəyini də vurğulayıb. Parlament sədrinin birinci müavini Ziyafət Əsgərov, millət vəkilləri Qüdrət Həsənquliyev və Bəxtiyar Sadıqov isə qanunlara edilən əlavə və dəyişikliyin müsbət əhəmiyyət kəsb etdiyini deyiblər. Müzakirələrdən sonra keçirilən səsvermədə qanunlara əlavə və dəyişikliklər yeddi nəfər əleyhinə olmaqla qəbul edilib.
Əlavə edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Kütləvi informasiya vasitələri haqqında”, “Məlumat azadlığı haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” və “İnformasiya əldə etmək haqqında” qanunlara əlavələr edilməsi barədə qanunvericilik təklifini 21 dekabr 2009-cu ildə Milli Məclisə göndərib. Sözügedən Qanunlara aşağıdakı dəyişikliklər edilib.
“Əməliyyat-axtarış tədbirləri keçirilən hallar istisna olmaqla, digər hallarda şəxsin onun xəbəri olmadan və etirazına baxmayaraq izlənilməsi, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə kütləvi informasiya vasitələrinin nümayəndələri və digər şəxslər tərəfindən məruz qalması qanunvericilikdə müəyyən olunan məsuliyyətə səbəb olur.”
Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən QHT və media nümayəndələri sözügedən antidemokratik və mürtəce qanun layihəsini pisləyən bəyanatlarla çıxış edərək, qəbul olunmaması ilə bağlı ölkə başçısına müraciət etmişdilər.