AŞPA HƏMMƏRUZƏÇİLƏRİ AZƏRBAYCANA SƏFƏRLƏRİNİN YEKUNU İLƏ BAĞLI MƏTBUAT KONFRANSI KEÇİRİBLƏR

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Cozef Debono Qrex dünən (11 fevral) Azərbaycana səfərlərinin yekunları ilə bağlı mətbuat konfransı keçiriblər.

Həmməruzəçilər bildiriblər ki, ölkə başçısı İlham Əliyevlə görüşdə gənc bloggerlər Emin Milli və Adnan Hacızadənin həbsi, bir sıra qanunlara jurnalistlərin fəaliyyətini məhdudlaşdırmağa yönəlik əlavə və dəyişikliklər planı, televiziya və radioların müxalifətçilərin üzünə qapadılması və məhkəmə qərarlarının icrasıyla bağlı problemləri müzakirə ediblər. “Hakimiyyət rəsmiləri bizim iradlarımız arasında yeganə olaraq məhkəmə qərarlarının icra olunmaması məsələsi ilə razılaşdılar” – deyən Herkel həbsdə olan jurnalistlər – “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid, “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin məsələsini də keçirilən görüşlərdə müzakirə etdiklərini dilə gətirib. “Bloggerlərin işində olduğu kimi, Eynulla Fətullayevlə bağlı yeni hadisə də kifayət qədər şübhəlidir. Açıq desəm, mən özüm Eynulla Fətullayevin başına gələcəklərdən, həyatından narahatam, qorxuram. Ümid edirəm ki, mənim bu qorxularımın heç bir əsası olmayacaq” – deyə A.Herkel vurğulayıb.
Azərbaycana ilk səfərinin təəssüratlarını hələki açıqlamaq istəmədiyini deyən Cozef Debano Qrex vurğulayıb ki, bu məlumatları analiz edərək, bu ilin iyununa qədər AŞPA-nın  təqdim ediləcək hesabatına daxil edəcək.

Previous Post

GƏNC BLOQÇULARIN MƏHKƏMƏSİ NÖVBƏTİ DƏFƏ TƏXİRƏ SALINIB

Next Post

QANUNVERİCİLİYƏ KİV-İN FƏALİYYƏTİNİ MƏHDUDLAŞDIRAN ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏR QƏBUL OLUNDU

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.