ƏCNƏBİLƏR VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏR QHT YARADA BİLƏCƏKLƏR

Milli Məclis “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” Qanuna əlavələr və dəyişikliklər edib. Dəyişikliyə görə, Azərbaycanda daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də qeyri-hökumət təşkilatı (QHT) yarada biləcəklər.

Dəyişikliklərdə deyilir ki, ölkədə daimi yaşamaq hüququ olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan ərazisində qeyri-hökumət təşkilatının təsisçisi ola bilərlər.

“AzərTAc” informasiya agentliyinin məlumatında o da bildirilir ki, bununla əlaqədar Azərbaycan Mülki Məcəlləsinə də müvafiq əlavələr və dəyişikliklər edilib. Dəyişikliklərdə bildirilir ki, qeyri-hökumət təşkilatlarının nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının nəzərdə tutulmasına yol verilmir. QHT-lərin adlarında dövlət orqanlarının, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından istifadə edilə bilməz.

Previous Post

QANUNVERİCİLİYƏ KİV-İN FƏALİYYƏTİNİ MƏHDUDLAŞDIRAN ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏR QƏBUL OLUNDU

Next Post

“YENİ MÜSAVAT” QƏZETİNİN GÖMRÜK KOMİTƏSİNƏ QARŞI İDDİASINA ƏSASƏN MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.