“AZERSAT” PEYKİNİN YARADILMASI İLƏ BAĞLI TENDERDƏ AMERİKA ŞİRKƏTİ QALİB GƏLİB

Amerikanın Orbital Sciences Corporation şirkəti 2009-cu ilin sentyabrında Azərbaycanın ilk kosmik rabitə peyki “AzerSat”-ın yaradılmasına başlayacaq. Bu barədə mətbuata  rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov məlumat verib.

“Bu günlərdə tender komissiyası AzerSat peykinin yaradılması ilə məşğul olacaq şirkətin seçimi üzrə tenderin nəticələrini açıqlayıb. Tenderdə Amerikanın Orbital Sciences Corporation şirkəti qalib olub. Peykin yaradılması üzrə işlərə sentyabrdan başlanacaq, orbirdəki mövqeyə isə o, 2011-ci ilin dekabrında çıxarılacaq” – deyə nazir qeyd edib.
Ə.Abbasov onu da bildirib ki, layihənin ümumi dəyəri 163 mln. manat həcmində qiymətləndirilir. Onun sözlərinə görə, xərclər 5-7 il ərzində çıxarılmalıdır, peykin istismarının sonrakı 15 ili ərzində isə o, xalis mənfəət gətirəcək.
Xatırladaq ki, Azərbaycan 2007-ci il martın 20-də “AzerSat” milli rabitə peykinin buraxılması haqqında ilk təkliflərini Beynəlxalq Telekommunikasiya İttifaqına təqdim edib.

Previous Post

“PARALEL” QƏZETİNİN MÜXBİRİ BAŞ MÜTƏŞƏKKİL CİNAYƏTKARLIQLA MÜBARİZƏ İDARƏSİNƏ ÇAĞIRILIB

Next Post

HÜQUQ MÜDAFİƏÇİSİNİN BAŞ REDAKTORA QARŞI İDDİASINA ƏSASƏN MƏHKƏMƏ BAXIŞI YEKUNLAŞIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.