“PARALEL” QƏZETİNİN MÜXBİRİ BAŞ MÜTƏŞƏKKİL CİNAYƏTKARLIQLA MÜBARİZƏ İDARƏSİNƏ ÇAĞIRILIB

Avqustun 13-də “Paralel” qəzetinin Naxçıvan Muxtar Respublikası üzrə müxbiri Yasəf Həsənov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) çağırılıb.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna Y. Həsənov özü məlumat verib. Jurnalist bildirib  ki, artıq 1 il yarımdır ki, Bakı şəhərində yaşayır və Naxçıvan MR ilə bağlı xəbərlər hazırlayır. “Həmin gün gecə saat 12-də telefon vasitəsilə BMCMİ-yə çağırılmağıma etiraz etdim və ora yalnız səhər gələ biləcəyimi söylədim.Səhər saat 8-də yenidən zəng etdilər və mən həmin idarəyə getdim. Burda axşama qədər gözləməli oldum. Sonra isə dedilər ki,get, sonra özümüz səni çağıracağıq.”
Y.Həsənov qeyd edib ki, ona növbəti dəfə jurnalist vəsiqəsi ilə gəlməyi tapşırıblar: “Buna görə də hesab edirəm ki, bu çağırış jurnalist fəaliyyətimlə bağlıdır”.

Previous Post

GƏNC BLOQÇULARIN AZAD OLUNMASI İLƏ BAĞLI MÜRACİƏT GÖNDƏRİLİB

Next Post

“AZERSAT” PEYKİNİN YARADILMASI İLƏ BAĞLI TENDERDƏ AMERİKA ŞİRKƏTİ QALİB GƏLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.