“AMNESTY İNTERNATİONAL” AZƏRBAYCANLA BAĞLI AKSİYA KEÇİRİB

Dünən Avropanın müxtəlif ölkələrində, o cümlədən Böyük Britaniya, Almaniya və Türkiyədə “Amnesty İnternational” təşkilatının üzvləri  Azərbaycanda hökumətin daha çox təzyiq etdiyi müstəqil KİV-lərə dəstək məqsədilə küçələrə çıxıblar.   Bu barədə “Amnesty İnternational” təşkilatı press-reliz yayıb.

Bu aksiya Azərbaycan parlamentində müstəqil KİV-lər və ictimai təşkilatların qeydiyyata alınması və maliyyələşdirilməsi ilə bağlı qanuna edilməsi nəzərdə tutan düzəlişlərə Azərbaycan jurnalistləri və hüquq müdafiəçilərinin etirazlarına həmrəylik kampaniyası çərçivəsində keçirilib.
Bu düzəlişlərin qəbul ediləcəyi təqdirdə hökumətin müstəqil jurnalistlər və hüquq müdafiəçiləri üzərində nəzarəti güclənəcək, jurnalistlər və hüquq müdafiəçiləri ilə bağlı yoxlamalar sərtləşəcək. Bu isə onların insan haqlarının pozulmasına dair monitorinqlər aparıb, hökumətin məsuliyyətə cəlb olunması sahəsində ciddi əngəllər yaradacaq. Düzəlişlər həmçinin ölkədə beynəlxalq hüquq-müdafiə təşkilatları nümayəndələrinin fəaliyyətini də məhdudlaşdıra bilər.   
“Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun” sədri (RATİ) Emin Hüseynov hesab edir ki, əgər parlament qanunlara dəyişiklikləri qəbul etsə, bu müstəqil KİV-ləri və söz və fikir azadlığını müdafiə edən təşkilatları bağlamasına imkan verəcək.  
Nikola Dakvort, Amnesty Internationalın Avropa və Mərkəzi Asiya üzrə proqram direktoru bildirib ki, məhdudlaşdırıcı qanunların qəbul edilməsi və xarici radiostansiyaların bağlanması Azərbaycan hakimiyyəti KİV-ləri öz nəzarətinə götürmək çalışmasının nümunəsidir.
“Müstəqil jurnalistləri qorxudurlar, həbs edirlər və məhkəmələrin qərarı ilə azadlıqdan məhrum edirlər. Müstəqil jurnalistlərə hücumları və onların öldürülməsi açılmamış olaraq qalır”.
“Müstəqil KİV və vətəndaş cəmiyyətsi olmayan cəmiyyət – laldır. Onun üzvləri insan hüquqların pozulması qarşısında müdafiəsizdir”.
 “Prezident İlham Əliyev bəyan edib ki, dövlət bütün jurnalistlərin hüquqları qorunmalıdır. Azərbaycan hakimiyyətin öz verdiyi vədləri və öz üzərinə götürdüyü beynəlxalq öhdəlikləri  yerinə yetirmək vaxtı gəlib çatıb” – Nikola Dakvort deyib.
“Amnesty İnternational” Azərbaycan parlamentini birinci və təxirəsalınmaz addım kimi qanuna KİV-lərin və ictimai təşkilatların qanuni fəaliyyətinə təqib vasitəsi kimi istifasə oluna biləcək dəyişiklikləri qəbul etməməyə çağırır,
Azərbaycanın mövcud qanunvericiliyi beynəlxalq öhdəliklərə və hakimiyyət tərəfindən üzərinə götürdüyü öhdəliklərə cavab verməlidir.
 “Amnesty İnternational” Azərbaycanda son aylar ərzində insan hüquqların pozulmasını və ona görə jurnalistlər əzab çəkməsini göstərən hesabatı tərtib edib. .( aşağıdakı ünvanda tanış olmaq olar:

: (http://www.amnesty.org.ru/pages/aze-29062009-report-rus).

Nümunələr

RATİ  rəhbəri Emin Hüseynov iddia edir ki, bir neçə dəfə polis işçilərin tərəfindən döyülməsinə məruz qalıb.
“Azadlıq” qəzetin əməkdaşı Aqil Xəlil 2008-ci ildə döş nahiyəsindən bıçaq zərbəsi alıb və daha bir fiziki hücumuna məruz qalıb. Hakimiyyət cinayətkarın tutulması haqqında bəyan etsə də, Aqil Xəlil və Azərbaycan hüquq müdafiə təşkilatlar hesab edirlər ki, cinayətin həqiqi iştirakçıları cəzadan boyun qaçırıblar.  
Monitor” jurnalın baş redaktoru Elmar Hüseynov  – 2005-ci ildə qətlə yetirilib. Bunun üstündən 4 il keçsə də, məhkəmə qarşısında heç kəs cavab verməyib.
Qənimət Zahidov və Eynulla Fətullayev öz jurnalist fəaliyyətinə görə ədalətsiz məhkəmə proseslərin nəticəsində həbs olunublar. “Amnesty International” onları vicdan məhbusu hesab edir və onların dərhal və qeyd-şərtsiz azad olunmasına çağırır.
Ermənistan, İran və Türkiyə arasında blokadada qalan Naxçıvanda da yerli vəzifəli şəxslər tərəfindən törədilməsi ehtimal edilən halları işıqlandıran jurnalistlər təzyiqlərə məruz qalırlar.
Video:  http://www.protectthehuman.com/videos/azerbaijan-papers-in-chains

Previous Post

QƏNİMƏT ZAHİD “VİCDAN MƏHBUSU” KİMİ TANINDI

Next Post

VƏTƏNDAŞ CƏMİYYƏTİNİN MÜDAFİƏ KOMITƏSİ TOPLANTI KEÇİRİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.