VƏTƏNDAŞ CƏMİYYƏTİNİN MÜDAFİƏ KOMITƏSİ TOPLANTI KEÇİRİB

Bu gün (30 iyun) Vətəndaş Cəmiyyətinin Müdafiə Komitəsi (VCMK) Azərbaycanın Media Mərkəzində QHT-lər haqqında qanuna edilən əlavə və dəyişiklərlə bağlı toplantı keçirib. VCMK-nin üzvləri bu dəyişiklikləri QHT-in məhvinə gətirib çıxarmayacağına ümid etsələr də, inkişafında heç bir səmərənin olmayacağını vurğuladılar

İşçi qrupunun üzvü Qubad İbadoğlu çıxışında qanunvericiliyə mürtəce dəyişikliklərin edilməməsini komitənin gərgin iş fəaliyyətinin məhsulu kimi qiymətləndirdi.
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) rəhbəri Emin Hüseynov da bunu ilkin qələbə kimi qiymətləndirsə də, bu sahədə mütammadi işlərin aparılmasının vacibliyini bildirdi.
İşçi qrupunun digər üzvü İlqar Məmmədov QHT-lə bağlı təhlükənin hələ sovuşmadığını, bu sahədə payız aylarına kimi müzakirələr aparılacağını, dəyişikliklərin xarici təşkilatlara maneçilik, yeni fondların yaranmasına əngəllər yaratdığını qeyd etdi.
Hacı İbrahim İbrahimoğlu əldə edilmiş ilkin qələbədən arxayınlaşmamağı, bir müddət əvvəl dindarlarla bağlı hökumətin dini azadlıqları məhdudlaşdırma cəhdlərini toplantı iştirakçılarına xatırlatdı.
Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında QHT haqqında Qanuna edilməsi nəzərdə tutulmuş və QHT-lərin fəaliyyətini məhdudlaşdıran bir çox müddəalar çıxarılsa da, 10.4 (İctimai birlik dövlət qeydiyyatına alındıqdan sonra otuz gün müddətində üzvlərinin reyestrinin aparılmasını təmin etməli və həmin reyestrin məlumatlarını on beş gün müddətində müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir), 12.1-1 (Fond yaradılarkən onun nizamnamə kapitalı əlli min manatdan az olmamalıdır) 12.3. (Azərbaycan Respublikasında xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin qeydiyyatı həmin təşkilatlarla bağlanmış saziş əsasında həyata keçirilir) və 31.2-1. (Hüquqi şəxslərin dövlət reyestri üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya yanlış məlumatların verilməsinə görə qeyri-hökumət təşkilatına xəbərdarlıq edilir) maddələri qəbul edilib.

Previous Post

“AMNESTY İNTERNATİONAL” AZƏRBAYCANLA BAĞLI AKSİYA KEÇİRİB

Next Post

POLİS QHT-LƏRİN PİKETİNDƏ JURNALİSTLƏRƏ VƏ PİKET İŞTİRAKÇILARINA TƏZYİQ GÖSTƏRDİ IRFS©

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.