“Amnesty İnternational” təşkilatının yaydığı məlumatda bildirilir ki, Qənimət Zahidov və Eynulla Fətullayev öz jurnalist fəaliyyətinə görə ədalətsiz məhkəmə proseslərin nəticəsində həbs olunublar. “Amnesty International” onları vicdan məhbusu hesab edir və onların dərhal və qeyd-şərtsiz azad olunmasına çağırır. Vurğulayaq ki, Eynulla Fətullayev beynəlxalq ictimaiyyətdə vicdan məhbusu kimi tanınsa da, Qənimət Zahidin rəsmi olaraq ilk dəfə “vicdan məhbusu” olması elan olunub. Azərbaycanda bu status sabiq xarici işlər naziri Tofiq Qasımova da verilib.
Qeyd edək ki, həbs olunmasına dinc yolla öz fərqli siyasi və ya dini fikirlərini ifadə etməsi səbəb olan şəxslər “vicdan məhbusu” hesab olunurlar.
Xatırladaq ki, Qənimət Zahid (Zahidov) CM-nin 127.2.3 (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az zərər vurma) ilə ittiham olunaraq 3 il 6 ay, CM-nin 221-ci maddəsi ilə ittiham edilməklə isə 6 ay olmaqla, ümumilikdə 4 il müddətinə azadlıqdan məhrum edilib.