«AMNESTY İNTERNATİONAL» MƏTBUATIN DURUMUNA GÖRƏ AZƏRBAYCAN HÖKUMƏTİNİ TƏNQİD EDİB

«Ötən il Azərbaycanda ifadə və toplaşmaq azadlıqları geniş şəkildə məhdudlaşdırılmaqda davam edib.

Müstəqil və müxalifət qəzetlərinin jurnalistləri böhtanda ittiham edilərək  həbs edilib, hüquq-mühafizə orqanları əməkdaşlarının təzyiqlərinə, bəzi hallarda isə fiziki hücumlarına məruz qalıblar».

“Azadliq” radiosunun məlumatına görə, beynəlxalq hüquq-müdafiə təşkilatı «Amnesty İnternational»ın keçən il dünyada insan haqlarının vəziyyəti iylə bağlı yaydığı illik hesabatının Azərbaycana aid hissəsində belə deyilir.Sənəddə bildirilir ki, geniş oxucusu olan iki müxalifət qəzeti – «Realnı Azerbaydjan» və «Gündəlik Azərbaycan» qəzetləri bağlanıb, korrupsiya, vəzifədən sui-istifadə hallarından yazan jurnalistlərin ifadə azadlığı tez-tez pozulub.
«Amnesty İnternational» bəyan edir ki, siyasi cəhətdən həssas mövzuları əks etdirən müxalifət qəzetlərinin sayları ya müsadirə edilib, ya da satışı ümumiyyətlə qadağan olunub: «2005-ci ildə öldürülmüş Elmar Hüseynovun qətli və 2006-cı ildə jurnalistlərin naməlum şəxslərin hücumlarına məruz qalmaları ilə bağlı istintaqda isə heç bir yenilik olmayıb».
Hesabatda prezident İlham Əliyevin 2005-ci ilin parlament seçkisi vaxtı polis zorakılığına görə heç bir polisin cəzalandırılmayacağı ilə bağlı dediklərinə də yer ayrılıb. 
Sənəddə müstəqil və ya Qərbdən maliyyələşən QHT-lərin təqib olunmasına, onlara qarşı süni şəkildə zorakı etirazlar təşkil edilməsinə də diqqət çəkilir.
Hökumət rəsmiləri isə bildirirlər ki, bu tip hesabatlar reallığı əks etdirmir və əsasən müxalifət fəallarından alınmış informasiyalar əsasında hazırlanır.

Previous Post

BAŞ REDAKTOR JURNALINA TƏTBİQ OLUNAN SENZURANIN DAYANDIRILMASINI İSTƏYİR

Next Post

ABŞ DÖVLƏT DEPARTAMENTİ AZƏRBAYCANDAKI VƏZİYYƏTDƏN NARAZIDIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.