EYNULLA FƏTULLAYEVİN AZAD OLUNMASI TƏLƏBİ İLƏ LONDONDA AKSİYA KEÇİRİLƏCƏK

İyunun 29-da Londonda, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçiriləcək. Bu barədə məlumatı aksiyanın təşkilatçısı “Amnesty İnternational” təşkilatı yayıb.

Aksiyada “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin azadlığa buraxılması və Azərbaycanda jurnalistləri qandallayan repressiya zəncirlərinin yığışdırılması tələb olunacaq. Aksiyaçılar Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin binası qarşısına kağızdan düzəldilmiş nəhəng zəncirlə gələcək. Zəncirdə hər əlaqəli məlumatın altında  "İnanıram ki, söz azad  olmalıdır”,  “İnanıram ki, Eynulla Fətullayev azad olmalıdır” və “İnanıram ki, Azərbaycanın qəzetləri zəncirlərdə saxlanılmamalıdır"  – imzalı süarların  olması da nəzərdə tutulub.
Aksiyaçıların təxmini sayını müəyyənləşdirmək üçün iştirak etmək istəyən şəxslərin iyunun 12-dək e-mail vasitəsilə məlumat verməsi də məlumatda qeyd olunub.
“Amnesty İnternational” Azərbaycanın Londondakı səfirliyi qarşısına gedə bilməyəcək şəxslərə aksiyanı internet vasitəsilə dəstəkləmək üçün də şərait yaradıb.
Məlumatı tam olaraq burada oxumaq olar:
Previous Post

EMİN HÜSEYNOVUN İDDİASINA ƏSASƏN PROSESDƏ YEKUN ÇIXIŞLAR DİNLƏNİLDİ

Next Post

ATASI EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.