ATASI EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞÜB

Dünən (9 iyun) Emin Fətullayev 12 saylı cəzaçəkmə müəssisəsində həbsdə olan oğlu, “Gündəlik Azərbaycan” və “Realnıy Azərbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevlə görüşüb.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Emin Fətullayevin özü məlumat verib. O, Eynulla Fətullayevin saxlanma şəraitinin normal olduğunu, səhhətindən şikayət etmədiyini bildirib. Emin Fətullayev vurğulayıb ki, oğluna Norveç səfəri barədə də məlumat verib və baş redaktor “Amnesty İnternational” təşkilatının onu mükafatlandırmasından çox məmnun olub.
Xatırladaq ki, Eynulla Fətullayev 2007-ci ilin aprelin 21-də böhtan və təhqirdə ittiham olunaraq 2 il, 6 ay müddətində azadlıqdan məhrum edilib. Sonradan baş redaktor terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il, oktyabrın 30-da əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə, 8 il, 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Previous Post

EYNULLA FƏTULLAYEVİN AZAD OLUNMASI TƏLƏBİ İLƏ LONDONDA AKSİYA KEÇİRİLƏCƏK

Next Post

PƏRVİZ ƏZİMOVUN İDDİASINA ƏSASƏN KEÇİRİLMƏLİ OLAN MƏHKƏMƏ PROSESİ TƏXİRƏ SALINDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.