“AMNESTY İNTERNATIONAL” NOVRUZƏLİ MƏMMƏDOVUN SƏHHƏTİNDƏN NARAHATDIR

“Amnesty İnternational” təşkilatı “Tolışi-Sədo” (Talışın Səsi) qəzetinin 10 il həbs cəzası almış 67 yaşlı baş redaktoru N.Məmmədovun ağırlaşan səhhəti və ona lazımi tibbi xidmət göstərilməməsi ilə bağlı narahatlıq ifadə edən bəyanat yayıb.

Bəyanatda bildirilir ki, Novruzəli Məmmədovun dostlarının verdiyi məlumata əsasən, 2009-cu ilin iyun ayında həbsxana həkimi Novruzəli Məmmədova katarakta, qalxanvari və prostat vəzilərinin əməliyyatı diaqnozunu qoymuşdu. “Həkim onun bu vəziyyətdən xilas olması üçün 3 cərrahiyyə əməliyyatının keçirilməsini məsləhət görmüşdü. O, iyulun 28-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülmüşdü. Məlumatda o da bildirilir ki, onun sağlamlığı  müalicə müəssisəsinə getdiyi gündən  pisləşib. Onun çoxlu ağrıları, hərəkət məhdudluğu, nəfəs almada və danışmaqda çətinliyi var. Görüş zamanı ailəsinə və vəkilinə bildirib ki, xəstəxanada şərait və tibbi xidmət pis vəziyyətdədir. Yalnız iyulun 31-i günorta vaxtlarında Novruzəli Məmmədovun həyat yoldaşına bir neçə ağrıkəsicinin ötürülməsi üçün icazə verilib. Ancaq  onunla görüşmək üçün  icazə verilməsinə baxmayaraq, həmin gün onunla görüşə bilməmişdi.”
“Amnesty İnternational” təşkilatı Novruzəli Məmmədovun səhhətinə görə ona lazımi şərait yaradılması və onun yaxşı şəraiti olan xəstəxanaya köçürülməsi üçün ictimaiyyətin Prezident İlham Əliyevə və Ədliyyə naziri Fikrət Məmmədova müraciət etməsini xahiş edib.

Previous Post

PREZİDENTİN NAXÇIVANA SƏFƏRİ ZAMANI JURNALİSTLƏRƏ TƏZYİQ EDİLİB

Next Post

MÜSAHİBƏ VERDİYİNƏ GÖRƏ NAXÇIVAN ALİ MƏCLİSİNİN DEPUTATINA QARŞI TƏZYİQLƏR BAŞLANIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.