PREZİDENTİN NAXÇIVANA SƏFƏRİ ZAMANI JURNALİSTLƏRƏ TƏZYİQ EDİLİB

Bu gün (03 avqust) Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfərini müşahidə etmək istəyən yerli jurnalistlər təzyiqlə üzləşiblər.

Səfəri izləmək istəyən Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) Naxçıvandakı bölgə müxbirləri – Həkimeldostu  Mehdiyev və Elman Abbasov,  “Azadlıq” radiosu və “Turan” İnformasiya Agentliyinin müxbiri Məlahət Nəsibova, “Azadliq” radiosunun fotomüxbiri İlqar Nəsibov mülkü geyimli şəxslər tərəfindən prezidentin iştirakı ilə keçirilən tədbirlərə buraxılmayıb və  müxbirlərin gün ərzində apardıqları foto və video materiallar məhv edilib.
Prezidentin keçirdiyi görüşləri kənardan izləmək istəyən müxbirlərə özünü Prezident Administrasiyasının əməkdaşı Hüseyn Vəliyev  kimi təqdim edən şəxs jurnalistlərdən foto və video kameralarını baxış üçün tələb edib. Jurnalistlər isə gizli bir işlə məşğul olmadıqlarını və prezidentin səfəri barədə reportaj hazırladıqlarını bildirərək avadanlıqları təhvil vermək istəməyiblər.
Daha sonra Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları, o cümlədən nazirliyin siyasi şöbəsinin rəisi Anar Gülməmmədov da jurnalistlərə yaxınlaşaraq, onları qanunsuz çəkiliş aparmaqda ittiham edib və onlardan  video kamera və fotoaparatların təhvil verilməsini təkid edib. Məcburiyyət qarşısında qalan müxbirlər uzun mübahisədən sonra foto və video kameraları MTN əməkdaşlarına təhvil veriblər. Foto və videokameralar jurnalistlərə yalnız çəkdikləri materiallar silindikdən sonra geri qaytarılıb.

Previous Post

GƏNC FƏAL AĞASİF ŞAKİROĞLU HƏBS EDİLDİ

Next Post

“AMNESTY İNTERNATIONAL” NOVRUZƏLİ MƏMMƏDOVUN SƏHHƏTİNDƏN NARAHATDIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.