”AMNESTY İNTERNATİONAL” YƏMƏNLİ VƏ AZƏRBAYCANLI JURNALİSTLƏRİ “TƏHLÜKƏ ALTINDA OLAN İNSAN HAQLARI UĞRUNDA JURNALİSTİKA” XÜSUSİ MÜKAFATININ FİNALİSTLƏR SİYAHISINA SALIB (YENİLƏNİB)

(“Amnesty International”-in press-relizinin  olduğu kimi Azərbaycan dilinə  tərcüməsi – RATİ)

Əbdül Kərim əl-Hayvani (Yəmən) və Aqil Xəlil (Azərbaycan)

“Amnesty İnternational” yəmənli və azərbaycanlı jurnalistləri özünün təşkilatın illik media təltiflərinin bir hissəsi olan 2008-ci il “Təhlükə altında olan İnsan Haqları Uğrunda Jurnalistika” xüsusi mükafatinın finalistlər siyahisina salib.

Yəmənin siyasi həftəlik qəzeti olan “Əl-Şura”-nın keçmiş redaktoru, 42 yaşlı Əbdül Kərim əl-Hayvani hazırda Yəməndə qeyri-müəyyən ittihamlar üzrə məhkəmə araşdırması altındadır və günahı sübut edilərsə məhkum edilə bilər. Bundan əvvəl isə Əl-Hayvani jurnalist fəaliyyətinə görə dəfələrlə təqiblər, senzura, difamasiya və hətta ölümlə hədələnmələrin obyekti olub.

Bu arada Azərbaycan rəsmilərinin güclü tənqidçisi olan “Azadlıq” qəzetinin müxbiri, 24 yaşlı Aqil Xəlilov jurnalist fəaliyyəti ilə bağlı hədələrin və ciddi hücumların qurbanı olmuşdur. Bu ilin martında Xəlil 4 nəfər naməlum şəxs tərəfindən sinəsindən bıçaqlanmış və ciddi zədə almışdı. “Azadlıq”da işləyən digər jurnalistlər də hücumlara məruz qalmış və qəzetin susdurulması isə hökumətin dəstəyi ilə həyata keçirilən çarpışmaların obyektinə çevrilmişdir. 

“Amnesty International”-ın KİV məsələləri üzrə direktoru Mayk Bleykmore belə deyib:
“Hər il  “Amnesty International” dünyanın harasındasa insan haqları uğrunda jurnalist fəaliyyətinə görə təhlükəyə məruz qalan bir jurnalistə mükafat verir. Təəssüf ki, jurnalistika dünyanın bir çox ölkələrində həddən artıq təhlükəli bir peşədir. Əbdül Kərim əl-Hayvani və Aqil Xəlil bizim seçə biləcəyimiz  “təhlükədə olan” jurnalistlərdən sadəcə ikisidir. Amma onların vəziyyətinə diqqəti çəkməklə biz aidiyyatı olan rəsmilərdən xahiş edirik ki, onların təhlükəsizliyini təmin etsinlər, onların ifadə azadlığı və sərbəst hərəkat hüquqlarını qorusunlar. Bununla həm də hamıya müraciət edirik ki, dünyanın heç yerində  heç bir jurnalist sadəcə öz peşə fəaliyyətini yerinə yetirdiyi üçün həbs olunmamalı və hücuma məruz qalmamalıdır.”

“Amnesty International”-ın “Xüsusi Mükafat”i təşkilatın Böyük Britaniyadakı qərargahının “Amnesty International”in  ekspert heyəti və fəalları və təşkilatın Beynəlxalq Katibliyi tərəfindən təyin olunmuşdur. Seçilmiş jurnalist iyunun 17-də mükafatı şəxsən almaq üçün Londonda keçiriləcək media mükafatları mərasiminə dəvət olunacaq.
“Amnesty International”  10 ildir ki, “Xüsusi Mükafat”ini bir jurnalistə təqdim edir və keçmiş qaliblər arasında “Honduran” onlayn jurnalının redaktoru Dina Meza, Rus jurnalistləri Stanislav Dmitriyevski və Oksana Çelişeva, Qvatemala teleradio aparıcısı və icmalçısı Maryelos Monzon olmuşdur.

“Amnesty İnternational” -ın müsabiqə ilə təyin olunan digər media mükafatlarının namizədlərini də bu yaxınlarda elan edib. Qaliblər 10 nominasiya üzrə mükafat alacaqlar – foto-jurnalistika, TV xəbərləri, Radio, Onlayn media, Milli qəzetlər, Beynəlxalq Televiziya və Radio, Xalqlar və bölgələr, Dövri mətbuat, Sənədli və Sənədli drama TV, və insan haqları üzrə istedadlı bir jurnalistə “Qeybi Rado Xatirə” mükafatı.

Previous Post

MİRZƏ SAKİTƏ QARŞI TƏXRİBAT HAZIRLANIR

Next Post

HAKİM İDDİAÇI ƏSGƏRİN PROSESƏ GƏTİRİLMƏSİNİ TƏMİN ETMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.