MİRZƏ SAKİTƏ QARŞI TƏXRİBAT HAZIRLANIR

“Azadlıq” qəzetinin əməkdaşı, həbsdə olan  satirik-jurnalist  Mirzə Sakitə (Sakit Zahidov) qarşı təxribat hazırlanır.  Bunu RATİ-yə dünən (4 iyun) 14 saylı Cəzaçəkmə Müəssisəsində M. Sakitlə görüşən həyat yoldaşı Rəna Zahidova  bildirdi:

“Yəqin ki, həbsxana administrasiyasının Sakitə qarşı hansısa planı var. O mümkün təxribat barədə məktubunda yazmışdı, amma həmin məktubu Sakitin əlindən aldılar. O, həmin məktubu gizli də yazmamışdı, məktubun bir nüsxəsini də Cəzaçəkmə Müəssisəsinin rəisinə vermişdi”, – deyə qeyd edən Zahidova görüşün ümumi şəkildə və güclü polis nəzarətində baş tutduğunu da vurğuladı.
”Sakit təxribatın konkret nədən ibarət olduğunu demədi, nə də ad çəkmədi. Ancaq həbsxana rəisindən şikayətləndi. Rəisin xüsusi tapşırığı var ki, Sakitlə heç bir dustaq danışmasın. Dustaqlardan heç kim qorxusundan yaxınlaşıb onunla söhbət edə bilmir, hətta danışan adam rəis tərəfindən cəzalandırılır. Hətta elə dustaqlar olub ki, Sakitlə danışdığına görə cərimə kamerasına salınıb. Sakit isə belə fikirləşir ki, bütün bunlar siyasi hakimiyyətin sifarişidir. Əgər bundan sonra onun başına hər hansı bir iş gəlsə, deməli verilən siyasi sifariş icra olunacaq”, – deyə qeyd edən Zahidovanın sözlərinə görə M. Sakitin cəza müddətinin başa çatmasına təxminən bir il qalır. Ola bilsin ki, ona qarşı təxribat edib həbs müddətini uzatmaq  istəyirlər.

Previous Post

STREKALENİN MƏHKƏMƏSİ BAŞLANDI

Next Post

”AMNESTY İNTERNATİONAL” YƏMƏNLİ VƏ AZƏRBAYCANLI JURNALİSTLƏRİ “TƏHLÜKƏ ALTINDA OLAN İNSAN HAQLARI UĞRUNDA JURNALİSTİKA” XÜSUSİ MÜKAFATININ FİNALİSTLƏR SİYAHISINA SALIB (YENİLƏNİB)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.