RATI-NIN ÜMUMDÜNYA MƏTBUAT AZADLIĞI GÜNÜ İLƏ BAĞLI BƏYANATI

3 May 2009
Bakı, Azərbaycan

 
3 may 2009-cu il   Ümumdünya  Mətbuat Azadlığı Gününün 17-ci ildönümündə – Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu Azərbaycanda mətbuat azadlığı sahəsində vəziyyətdən  narahat olduğunu bildirir.

“Monitor” Jurnalının Baş Redaktoru Elmar Hüseynovun 2 mart 2005-ci ildə qətlə yetirilməsindən bəri mətbuat azadlığı sahəsində ciddi pisləşmələr müşahidə olunur, bu günədək Azərbaycanda jurnalistlər fiziki və psixoloji hücumlara məruz qalır və hökümət bu problemlərin cözülməsi istiqamətində hec bir siyasi iradə nümayiş etdirimir.  Belə ki 2008-ci 2009 ilərdə ona yaxın jurnalist fiziki və mənəvi təziqlərə məruz qalıb. Həmcinin , jurnalistlərə qarşı məhkəmə iddiaları davam etməkdədirlər. Bu cür iddialar çox jurnalistlər üçün sarsıdıcı cərimələrə və hətta onların həbs olunmasına gətirib çıxarıb.
Hazırda Azərbaycanda qanunsuz həbs edilmiş 4 jurnalist var: Eynulla Fətullayev, Qənimət Zahid, Müşfiq Hüseynov və Novruzəli Məmmədov.  Fətullayev, Zahidov və Hüseynov saxta ittihamlarla həbs olunublar. Onların həbsinin əsl səbəbi isə hökuməti amansız tənqid etmələri olub. Məmmədovun işinə gəldikdə isə, o, vətənə xəyanətdə ittiham olunub. Onun məhkəməsi ictimaiyyət üçün qapalı keçirililsə də ittiham aktında qeyd olunub ki, “Talışi Sədo” adlı qəzetdə çap olunmuş yazılar separatcı  xarakter daşıyıb. Adı sadalanan  jurnalistlərin dördü də beynəlxalq səviyyədə siyasi məhbus sayılır.
Digər ciddi pisləşmə yayım mediasında müşahidə edilib. 2008-ci ilin sonunda Azərbaycan hökuməti Amerikanın Səsi, “Azadlıq” və BBC Radiolarının FM dalğasında yayımını dayandırdı. Bu radiolar Azerbaycan cəmiyyətinin çox hissəsi üçün obyektiv yerli və xarici xəbərləri almaq üçün ən etibarlı mənbə sayılırdı. Bu xarici radio stansiyalar internet və qısa dalğalar vasitəsilə yayılmaqda davam etsələr  də, Azərbaycan əhalisinin çoxunun internet və ya qısa dalğalarda səslənən radiolara çıxışı yoxdur və buna görə də Amerikanın Səsi, “Azadlıq” və BBC Radiolarını dinləməkdən məhrumdurlar. Televiziyaya gəldikdə isə, Azərbaycanda iki dövlət televiziya kanalı var – AZTV və “İdman Azərbaycan” həmcinin  İctimai TV də fəaliyyət qöstərir. Bu TV kanallarının hamısı dövlət büdcəsindən  maliyyələşsə də, Azərbaycan xalqının geniş spektrdə baxışlarını əks etdirmir. Azərbaycanda bütün özəl teleradio yayım kompaniyaları hökumət tərəfindən qeyri rəsmi nəzarətdə saxlanılır  və özəl tele-radio kanallar alternativ fikirlər üçün forum rolunu oynamırlar.
2009-cu ildə Azərbaycan ölkənin Konstitusiyasına və KİV və “Teleradio yayımı” haqqında qanunlara narahatlığa səbəb ola biləcək əlavələr etdi. 2009-cu ildə həyata keçirilən ziddiyyətli referendum nəticəsində adamların icazəsi olmadan şəkil və videlar çəkməyi, və səsini yazmağı qadağan edən konstitusiyaya əlavə qəbul edildi.Guya bu əlavə adamların şəxsi həyatlarını qorumaq məqsədi daşısa da, hökumətin qəbul etdiyi bu qərar jurnalistlərin işinə mane olacaq. KİV haqqında qanuna dəyişikliklər isə  ali təhsili  olmayan redaktorlara və Azərbaycan vətəndaşı olmayan redaktorlara bu vəzifəni daşımağı qadağan edir və hökumətə dövrü mətbuatı iki aya qədər bağlamaq imkanını veririr. Teleradio yayımı haqqında edilmiş dəyişikliyə əsasən, yayımçı müvafiq dövlət orqanı tərəfindən bir il ərzində ən azı üç dəfə sanksiyaya məruz qaldıqda  hökumətə yayımçıların lisenziyasını ləğv etmək imkanı verilir.
Azərbaycanda mətbuat azadlığının vəziyyətini yaxşılaşdırmaq üçün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu Azərbaycan Hökumətini böhtan və təhqirə  görə cinayət məsuliyyətini ləğv etməyə , qeyri qanuni həbs edilmiş 4 jurnalisti azad etməyə, jurnalsitlərə qarşı hücumlarda və jurnalistlərin hüquqlarının pozulmasında məsuliyyət daşıyanları qanunun yol verdiyi qədər məhkəməyə cəlb etməyə, “Amerikanın Səsi, “Azadlıq” və BBC Radiolarının FM dalğasında yayımını bərpa etməyə, Azərbaycanın milli media bazarında xarici yayımçılara qoyulan qadağanı ləğv etməyə, İctimai TV-də proqramları rəngarəngliyinə təminat verməyə, İctimai TV2 yaratmağa, AZTV-ni və İdman Azərbaycan kanalını özəlləşdirməyə, Azərbaycanda TV və radio şirkətləri açmaq üçün daha şəffaf və ədalətli tenderlər (müsabiqələr) keçirməyə və mətbuat azadlığını daha da məhdudlaşdıran, KİV-lə və Teleradio yayımı ilə bağlı Azərbaycan Konstitusiyasına edilmiş dəyişiklikləri ləğv etməyə çağırır. RATİ beynəlxalq ictimaiyyətdən xahiş edir ki, Azərbaycanda mətbuat azadlığı ilə bağlı vəziyyəti yaxşılaşdırmaq üçün Azərbaycan hökumətini islahatlar keçirməyə və mətbuat azadlığı sahəsində ölkəinin öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə səsləsin.
Previous Post

MÜSTƏQİL MƏTBUATIN MÜSTƏQİLLİYƏ EHTİYACI VAR

Next Post

AYƏNDƏ MÜRSƏLİYEVA QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.