Anar Məmmədlinin həbs müddəti daha 3 ay uzadılıb

anar

Bu gün Nəsimi Rayon Məhkəməsində hakim Xumar Mərdanovanın sədrliyi ilə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin həbs müddətinin  3 ay uzadılması barədə Baş Prokurorluğun təqdimatına baxılıb.

Hakim vəsatəti təmin edib və Anar Məmmədlinin həbs müddəti 3 ay,  iyun ayının 16-dək uzadılıb.

Hüquq müdafiəçisinin vəkili Fariz Namazlı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) bildirib ki, bu qərardan apellyasiya şikayəti veriləcək və eyni zamanda Anar Məmmədli barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatət verəcəyik.

Xatırladaq ki, Anar Məmmədli dekabrın 16-da həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 192.2.2 ( qanunsuz sahibkarlıq külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.1 (Xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma), 308.2(vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə)  maddələri ilə ittiham irəli sürülüb. Dekabrın 16-da Nəsimi Rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. İstintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır.

Qeyd edək ki, Amnesty İnternational Anar  Məmmədlini “vicdan məhbusu” kimi tanıyıb. Çoxsaylı beynəlxalq və yerli hüquq- müdafiə təşkilatları A.Məmmədlinin dərhal azadlığa buraxılması tələbi ilə bəyanatla çıxış edib.

Previous Post

Rafiq Tağının işi üzrə istintaqın dayandırılmasından şikayət verilib

Next Post

Facebook fəallarının azadlığa buraxılması üçün çağırış edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.