Rafiq Tağının işi üzrə istintaqın dayandırılmasından şikayət verilib

Rafiq-color1

2011-ci ilin noyabrında qətlə yetirilmiş yazıçı-publisist Rafiq Tağının işi üzrə istintaqın dayandırılması qərarından şikayət verilib. Bu barədə bu gün (6 mart) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin vəkili Elçin Sadıqov məlumat verib.

“İstintaqın dayandırılması qərarından martın 6-da Nəsimi Rayon Məhkəməsinə şikayət vermişik. Biz hesab edirik ki, Rafiq Tağının işi üzrə istintaqın dayandırılması barədə qərar əsassızdır”,-deyə vəkil qeyd edib.

Xatırladaq ki, Rafiq Tağı 2011-ci il noyabrın 19-da evinə gedərkən bıçaqlanıb və 4 gün sonra noyabrın 23-də aldığı xəsarətlərdən xəstəxanada vəfat edib. İstintaqı aparan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi 2014-cü il yanvarın 8-də jurnalistin cinayət işi üzrə icraatın dayandırılması barədə qərar verib.

Previous Post

Qanun nəşriyyatına 150 min maliyyə sanksiyası müəyyən edilib

Next Post

Anar Məmmədlinin həbs müddəti daha 3 ay uzadılıb

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.