ANAR MƏMMƏDOV “AZADLIQ” QƏZETİNİN ONA 4 MİN MANAT CƏRİMƏNİ TƏCİLİ ÖDƏMƏSİNİ TƏLƏB EDİR

Oktyabrın 19-da Yasamal rayon Məhkəmə İcra Şöbəsindən “Azadlıq” qəzetinə   4000( dörd min)  manatı ödəmək üçün 10 gün vaxt verilməsi barədə bildiriş daxil olub. Bu barədə bu gün (22 oktyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Azadlıq” qəzetinin  baş redaktorunun birinci müavini Rahim Hacıyev məlumat verib.

Rahim Hacıyevin sözlərinə görə, bildiriş oktyabrın 16-da imzalansa da, redaksiyaya üç gün sonra daxil olub: “Dörd  min manatı ödəmək üçün qəzetə cəmi 10 gün vaxt verilir. Bu vaxtın üç günü bizim xəbərimiz olmadan ötüb keçib.  Redaksiyanın maliyyə vəziyyətinin çox ağır olmasına baxmayaraq, faktiki təcili qaydada dörd min manatın ödənməsi tələb edilir. Bununla da hakimiyyət açıq şəkildə qəzeti daha ağır vəziyyətə salmağa çalışır. Biz bunu Azərbaycan hakimiyyətinin qəzetin prinsipial mövqeyinə cavab və qisas addımı kimi qiymətləndiririk”, – deyə R.Hacıyev bildirib.
“Azadlıq” qəzetinin hüquqlarını müdafiə edən vəkil Fariz Namazlı isə bu bildirişlə bağlı şikayət verəcəyini dedi.
      Xatırladaq ki, Anar Məmmədov “Azadlıq” qəzetinin  01 iyul 2010-cu il tarixli sayında “Kəmaləddin Heydərovun ayısını yedilər”,   “Yeni Müsavat” qəzetinin isə 02 iyul 2010-cu il tarixli sayında əlavələrlə eyni məqalənin çapı və “Yeni Müsavat”  qəzetinin 14 sentyabr tarixli sayında “Şeyx Anar Məmmədovu Dubaydan qovdu” başlıqlı məqalələrində  özünün şərəf və ləyaqətinə toxunulduğunu, işgüzar nüfuzuna xələl gətirildiyini iddia edərək,  məhkəməyə müraciət edib və təzminat olaraq hər qəzetdən 250 000 (min) manat məbləğində pul tələb edirdi. Yanvarın 23-də Yasamal rayon Məhkəməsi  iddianın qismən təmin edildiyini, iddiaya səbəb olmuş məqalələrə görə cavabdehlərin üzr istəməklə təkzib verməsini və onların müştərək olaraq 4 min manat təzminat ödəmələri ilə bağlı qərar çıxartdı.

Previous Post

VƏKİLİ FƏRƏMƏZ NOVRUZOĞLU İLƏ GÖRÜŞÜB

Next Post

“AZADLIQ” QƏZETİ VƏ ƏMƏKDAŞI AĞIR CƏRİMƏ QƏRARI İLƏ CƏZALANDIRILDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.