ANDRES HERKEL BLOQÇU GƏNCLƏRİN HƏBSİNƏ MÜNASİBƏT BİLDİRİB

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmmurəzəçisi Andres Herkel “Azadlıq” radiosuna müsahibəsində “Alumni Network” Gənclər təşkilatının koordinatoru, ANTV onlayn televiziyasının rəhbəri Emin Milli (Abdullayev) və OL Gənclər təşkilatının koordinatorlarından biri, internetdə tanınmış videobloqer Adnan Hacızadənin həbsinə münasibət bildirib.

“Gənclərin bu şəkildə saxlanmasına, həbs müddətinin artırılmasına və istintaqın bu şəkildə aparılmasına əlbəttə heç cür bəraət qazandırıla bilməz. Ələlxüsus da nəzərə alsaq ki, restoranda nə baş verdiyi sona kimi bəlli deyil” – deyən A.Herkel vurğulayıb ki, bu məsələni diqqətdə saxlayacaq.
A.Herkel həbsdə olan jurnalistlərin əfvinin gözlənilməsi ilə bağlı suala cavab olaraq bildirib ki, , jurnalistlərlə bağlı məsələnin müsbət yöndə həll ediləcəyinə ümid edir: “Xüsusən də o jurnalistlər ki, həbsləri şübhə doğurur və bir çoxunun işi Avropa İnsan Haqları Məhkəməsinə göndərilib. Bu da ölkənin imicinə mənfi təsir göstərir”.
Previous Post

HƏBS OLUNMUŞ EMİN MİLLİNİN “FASEBOOK” AKKAUNTU BAĞLANIB

Next Post

NORVEÇ İNSAN HÜQUQLARI EVİ ŞƏBƏKƏSİ GƏNC BLOQÇULARIN HƏBSİ İLƏ BAĞLI BƏYANAT VERİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.