NORVEÇ İNSAN HÜQUQLARI EVİ ŞƏBƏKƏSİ GƏNC BLOQÇULARIN HƏBSİ İLƏ BAĞLI BƏYANAT VERİB

İyulun 11-də Norveç İnsan Hüquqları Evi Şəbəkəsi Emin Milli (Abdullayev) və Adnan Hacızadənin həbsi ilə bağlı bəyanat verib:
 “Alumni Network” Gənclər təşkilatının koordinatoru, ANTV onlayn televiziyasının rəhbəri Emin Milli və OL Gənclər təşkilatının koordinatorlarından biri, internetdə tanınmış videobloqer Adnan Hacızadənin qanunsuz həbsini qınayır və onların dərhal azad olunmasına çağırır. Azərbaycan İnsan Hüquqları Evindən alınan məlumata görə Emin Milli və Adnan Hacızadə 8 iyul 2009 cu ildə həbs olunublar. İnsan Hüquqları Evi Fondu və digər adı çəkilən  təşkilatlar Azərbaycanın da tərəf olduğu Avropa Konvesniyasının 5 ci  maddəsinə zidd  olan həbsdən  Emin Millinin və Adnan Hacızadənin təcili azad olunmasına çağırır.

 Biz Avropada İnsan Hüquqları və Əsas Azadlıqların qorunması  haqqında konvensiyanın 11.1 ci maddəsini (“hər kəsin azad və  sülhcəsinə toplaşmaq və başqaları ilə birləşmək hüququ var) də xatırlatmaq istərdik.
     Biz Azərbaycan hakimiyyətini həbs olunmuş gənc fəallar Emin Milli və Adnan Hacızadənin dərhal azad olunmasına və onları döyənlərin istintaqa cəlb edilməsinə çağırırıq.

Səmimiyyətlə  ,
 

Norveç İnsan Hüquqları  Evi Şəbəkəsi (Aşağıdakı QHT-lərin adından ):

    * İnsan Hüquqları Evi Fondu

Rafto Fondu, Bergen

Azərbaycan İnsan Hüquqları Evi

Mühacirətdə  olan Belorusiya İnsan Hüquqları Evi (Litva)

Sarayevo  İnsan Hüquqları Evi (Aşağıdakı QHT-lərin adından )
 

–   "Renaissance" Qadın Vətəndaşlar Cəmiyyəti

–   CURE Fondu

–   Bosnia and Herzegovinadakı  Helsinki İnsan Hüquqları Komitəsi

–   Gənclər Grupunun Regional Koordinatoru

–   Serb Vətəndaş Şurası

– Bərabərli k Hərəkatı

–  Sarayevo Kanton Şurası

–   Qadın və Cəmiyyət Şurası
 

Skopye İnsan Hüquqları  Evi

Skopye İnsan Hüquqları  Evi  (Aşağıdakı QHT-lərin adından ):

-Demokratik Təşəbbüslər Assosasiyası

–  "Megjashi" Dünyada uşaqların ilk səfilriyi

– Makedoniya Helsinki Hüquqları Komitəsi

– Makedonioya Qadın Hüquqları Mərkəzi

 – Sığınacaq Mərkəzi

– Polio Plus – Movement Against Disability
 

Ermənistan Helsinki Vətəndaş Assossasiyası

Gürcüstan İnsan Hüquqları Mərkəzi

Previous Post

ANDRES HERKEL BLOQÇU GƏNCLƏRİN HƏBSİNƏ MÜNASİBƏT BİLDİRİB

Next Post

GƏNCLƏR “YENİ MÜSAVAT” QƏZETİNİ EMİN MİLLİ VƏ ADNAN HACIZADƏYƏ QARŞI TƏXRİBATDA GÜNAHLANDIRIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.