ANDRES HERKEL NAXÇIVANA SƏFƏR EDİB

Bu gün (10 aprel) Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel Naxçıvan Muxtar Respublikasına bir günlük səfər edib.

Səfərin məqsədi AŞ PA-nın Azərbaycan üzrə hazırladığı hesabat üçün Naxçıvan Muxtar Respublikasından məlumatlar toplamaq olub. Həmməruzəçi Naxçıvan Ali Məclisin sədri Vasif Talıbovla görüşüb və Naxçıvanda yeni tikilən Qarışıq Rejimli Cəzaçəkmə müəssisəsində olub.
Günün ikinci yarısında Andres Herkel Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) bölgə müxbirləri,  “Azadlıq” radiosunun, “Turan” İnformasiya Agentliyinin əməkdaşları və müstəqil QHT-lərin nümayəndələri ilə Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzinin ofisində görüşüb. Görüş zamanı həmməruzəçi Muxtar Respublikada insan haqları və mətbuatın vəziyyəti haqqında məlumatlandırılıb.
Previous Post

2 İL 9 AYLIQ HƏBSXANA HƏYATINDA SONRA MİRZƏ SAKİT AZADLIĞA BURAXILDI

Next Post

EMİN HÜSEYNOVUN MƏHKƏMƏ PROSESİNDƏ ŞAHİDLƏR DİNDİRİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.