2 İL 9 AYLIQ HƏBSXANA HƏYATINDA SONRA MİRZƏ SAKİT AZADLIĞA BURAXILDI

Bu gün həbsdə olan “Azadlıq” qəzetinin əməkdaşı, satirik yazar Mirzə Sakit (Sakit Zahidov) 2 il 9 aylıq həbsxana həyatından sonra bu gün səhər saat səkkizdə Amnistiya aktına əsasən azadlığa çıxdı.

Üç gün bundan əvvəl M. Sakit evə zəng edərək azadlığa çıxacağını bildirmişdir. Artıq üç gün idi ki, onun həmkarları həbsxananın qarşısında yazarın azadlığa çıxacağını gözləyirdi. Jurnalistin cəza çəkdiyi 10 saylı cəzaçəkmə müəssisəsinin qarşısında qarşılayan ailə üzvləri və qohumları ilə yanaşı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ), “Azadlıq” radiosunun, “Turan” İnformasiya Agentliyinin, “ANS” Telekanalının əməkdaşları da var idi. Həmkarları elə cəzaçəkmə müəssisəsinin qarşısında ondan müsahibə alıblar. S. Zahidov əsassız olaraq həbs olunan məhbuslara azadlıq arzu etdi. Özünün ruhən azad insan olduğunu deyən M. Sakit, həbsdə olan müddət ərzində şerlər və yazılar yazdığını, bundan sonra da öz fəaliyyətini davam etdirəcəyini və sabahdan etibarən “Azadlıq” qəzetində öz yazılarını və şerlərini dərc etdirəcəyini bildirib:” Məni lap qəbirə qoysalar orada azad insan olacağam. Kaş bütün Azərbaycan xalqına azadlıq verisin”.
Məlumat üçün qeyd edək ki, bu gün Mirzə Sakitin üçüncü qızı Ülviyyənin ad günüdür.
Xatırladaq ki, M. Sakit  2006-ci il iyun ayının 23-də narkotik vasitə ilə şərlənərək  həbs edilmiş və Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə üç il müddətinə azadlıqdan məhrum edilmişdir.
Previous Post

“TƏZADLAR”IN BAŞ REDAKTORU ASİF MƏRZİLİ AZAD EDİLDİ

Next Post

ANDRES HERKEL NAXÇIVANA SƏFƏR EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.