ENN DERSİ: “ÜMİDVARAM Kİ, RADİOLARLA BAĞLI PROBLEM HƏLL OLUNACAQ“

Bu gün (26 yanvar) Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfiri Enn Dersi keçirdiyi mətbuat  konfransında xarici radiostansiyaların FM tezliyinin alınması məsələsinə də toxunub.

“Azadlıq” radiosunun yaydığı məlumata görə, səfir problemin dövlətlərarası müqavilə yolu ilə həllinin mümkünlüyünü vurğulayıb və müsbət həllini tapacağına ümidvar olduğunu bildirib: “Bu barədə Azərbaycan hökumətinə təkliflər verilib və cavab gözləyirik”.
     Xatırladaq ki, Milli Teleradio Şurası bu ilin yanvarından Azərbaycanda fəaliyyət göstərən üç xarici radionun – «Azadlıq», «Amerikanın səsi» və BBC-nin milli tezlikdə yayımını dayandırıb.
Previous Post

EYNULLA FƏTULLAYEV AİLƏSİ İLƏ TELEFON ƏLAQƏSİ SAXLAYIB

Next Post

MÜŞFİQ HÜSEYNOVDAN İNGİLİS DİLİ ÖYRƏNƏN MƏHKUMLARIN SAYI ARTIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.