EYNULLA FƏTULLAYEV AİLƏSİ İLƏ TELEFON ƏLAQƏSİ SAXLAYIB

Dünən (26 yanvar) 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən “Gündəlik Azərbaycan” və “Realnıy Azərbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev ailəsi ilə telefon əlaqəsi saxlayıb.

Bu barədə RATİ-yə jurnalistin atası Emin Fətullayev məlumat verdi: ”Eynulla Fətullayev son bir həftə ərzində baş verən mənfi tendensiyalardan narahatdır. Belə ki, Zərdüşt Əlizadənin oğlunun həbs olunmasından, Leyla Yunusun məhkəməyə verilməsindən, imza toplayanlara qarşı repressiyalara öz narahatlığını bildirdi”.
     Atasını doğum günü münasibəti ilə də təbrik edən Eynulla Fətullayev səhhətindən və saxlanma şəraitindən heç bir şikayət etməyib.
 
      Xatırladaq ki, E. Fətullayev 2007-ci il aprelin 21-də böhtan və təhqirdə ittiham olunaraq 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Daha sonra isə terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinərək, 2007-ci il oktyabrın 30-da ona əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə 8 il 6 ay həbs cəzası verilib.
Previous Post

RƏNA ZAHİDOVA HƏYAT YOLDAŞI SAKİT ZAHİDOVLA GÖRÜŞÜB

Next Post

ENN DERSİ: “ÜMİDVARAM Kİ, RADİOLARLA BAĞLI PROBLEM HƏLL OLUNACAQ“

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.