MÜŞFİQ HÜSEYNOVDAN İNGİLİS DİLİ ÖYRƏNƏN MƏHKUMLARIN SAYI ARTIR

Şənbə günü (24 yanvar) qohumu Cavidan Hüseynov 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən “Bizim yol” qəzetinin əməkdaşı Müşfiq Hüseynovla görüşüb. Bu barədə   RATİ-yə C. Hüseynovun özü  məlumat verib: ”Müşfiq Hüseynovun  səhhəti normaldır, saxlanma şəraiti ilə  bağlı da heç bir problemi yoxdur”.

C. Hüseynov onu da bildirib ki, M. Hüseynov cəzaçəkmə müəssisəsində açdığı ingilis dili kursunda ingilis dilini öyrənən məhkumların sayı artır.

     Xatırladaq ki, Müşfiq Hüseynov Cinayət Məcəlləsinin 311.1-ci maddəsi (rüşvət alma) ilə ittiham edilərək Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hakimi Camal Ramazanovun 21 yanvar 2008-ci il tarixində çıxardığı qərar ilə 6 il müddətinə azadlıqdan və 2 il müddətinə jurnalist fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin hakimi Sahibxan Mirzəyevin 04 aprel 2008-ci ildə çıxardığı qərara əsasən, jurnalistin həbs müddəti bir il azaldılaraq, beş ilə endirilib.

Previous Post

ENN DERSİ: “ÜMİDVARAM Kİ, RADİOLARLA BAĞLI PROBLEM HƏLL OLUNACAQ“

Next Post

RAMİL USUBOVUN LEYLA YUNUSA QARŞI İDDİASI YASAMAL RAYON MƏHKƏMƏSİNƏ GÖNDƏRİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.