ELAN!

“Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu” (RATİ) 2010-ci il martın 5-də “Azad dalğalar” layihəsi çərçivəsində teleradio sahəsinin tənzimlənməsi ilə bağlı beynəlxalq konfrans keçirəcək.

Konfransda telekanalların fəaliyyət istiqamətləri və problemləri, radiotezliklərin ayrılması üçün müsabiqələrin keçirilməsi, lisenziyaların verilməsi, qanunvericilikdə olan boşluqlar və s. məsələlər ətrafında müzakirələrin aparılması nəzərdə tutulur.
Tədbirə bu sahə üzrə ixtisaslaşmış təşkilatların nümayəndələri, jurnalistlər, QHT rəhbərləri, diplomatik korpus nümayəndələri və maraqlanan bütün şəxslər dəvətlidir.

Konfransın keçiriləcəyi yer: Landmark, Rotunda zalı, Nizami küç, 96 (keçmiş Dəyirman)

Konfransın başlama vaxtı: 09.30

Previous Post

TOMAS HAMMERBERQ NAXÇIVANDA GÖRÜŞLƏR KEÇİRİB

Next Post

MƏTBUAT ŞURASINA QARŞI MƏHKƏMƏ PROSESİ MARTIN 15-DƏ DAVAM EDƏCƏK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.