TOMAS HAMMERBERQ NAXÇIVANDA GÖRÜŞLƏR KEÇİRİB

Naxçıvan Muxtar Respublikasında səfərdə olan Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Tomas Hammerberq bir sıra görüşlər keçirib.

Martın 2-də Hammerberq “Duzdağ” otelində Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) Naxçıvandakı müxbirləri Elman Abbasov, Həkimeldostu Mehdiyev, Demokratiya və QHT-lərin İnkşaf Resurs Mərkəzinin sədri Məlahət Nəsibova və Mərkəzin əməkdaşı İlqar Nəsibovla görüşüb. Görüş zamanı Naxçıvanda son vaxtlar baş verən Bənəniyar hadisələri, insan hüquqları, mətbuat və söz azadlığının vəziyyəti müzakirə olunub.  
T.Hammerberq səfər proqramı çərçivəsində komissar Ali Məclisin sədri Vasif Talıbovla görüşüb, Muxtar Respublikanın Ombudsman aparatına və  Ruhi Xəstəliklər Dispanserinə baş çəkib. Komissar Bənənyar kəndində də sakinlərlə görüşüb.

Dünən axşam saatlarında Bakıya qayıdan Tomas Hammerberq Naxçıvan Beynəlxalq Hava limanında jurnalistlərə  görüşsə də, o  Muxtar Respublikaya səfərinin təfərrüatları barədə məlumat verməyib.

Previous Post

“ELMAR HÜSEYNOV ONGÜNLÜYÜ” ÇƏRÇİVƏSİNDƏ HƏBSDƏ OLAN JURNALİSTLƏRLƏ BAĞLI DƏYİRMİ MASA KEÇİRİLİB

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.