SABAH (26 FEVRAL) SAAT 14:00-DA RATİ-NİN MƏTBUAT MƏRKƏZİNDƏ “Gündəlik Azərbaycan” qəzetinin əməkdaşı Üzeyir Cəfərov tərəfindən mətbuat konfransı keçiriləcək.
Mətbuat konfransda jurnalist ona edilən hədələyici zənglər, bu məsələ ilə əlaqədar “Azercell” şirkətinin sorğunu cavablandırmaması, eyni zamanda keçən il aprel ayında məruz qaldığı hücum barədə danışacaq. Tədbirə KİV rəhbərləri, jurnalistlər, hüquq müdafiəçiləri, diplomatik korpusun nümayəndələri və Ombudsman Aparatı dəvət olunur.